Milli güləşçimiz Süleyman Atlı qızıl medal qazandı

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

1625445
Milli güləşçimiz Süleyman Atlı qızıl medal qazandı
Süleyman Karadeniz.jpeg
Taha Akgül.jpg

57 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Atlı rusiyalı rəqibi Naçın Monguşu məğlub edərək qızıl medal qazanıb.

Süleyman Atlı dörddəbir finalda Ukraynalı Kamil Kerymovu (11-0), yarı finalda türk əsilli Bolqar Naim Salim Mikyayı (3-1) məğlub edib.

Milli güləşçimiz dünən axşam qarşısına çıxdığı Rusiya adından mübarizə aparan Naçın Monguşu da məğlub edərək Avropa çempionu olub.

Güləş üzrə Avropa Çempionatında 97 kq çəkidə mübarizə aparan Süleyman Karadeniz isə rusiyalı rəqibi Jabrailova məğlub olaraq gümüş medal qazanıb. Karadeniz Moldovalı Radu Lefteri (10-0), dörddəbir finalda isə  azərbaycanlı Şamil Zubariovu (6-4), yarımfinalda gürcüstanlı Elizbar Odikadzeni (7-5) məğlub edərək adını finalda yazdırıb. Finalda isə rusiyalı Jabrailova məğlub olaraq çempionatı ikinci pillədə başa vurdu.

125 kq çəkidə yarışan milli atlet Taha Akgül də finala yüksəlib. O ilk tur dünya çempionu Gürcüstanlı Geno Petriashvilini, 1/4 finalda Polşalı Kamil Tomasz Kosciolek-i və yarı finalda Belarusiyalı Dzianis Khramiankou məğlub edərək adını finala yazdırıb. Karyerasında 7 Avropa çempionatı olan Taha Akgül, finalda rusiyalı Sergey Kozyrev ilə qarşılaşacaq.

61 kq çəki dərəcəsində mübarizə aparan Əmrah Ormanoğlu italiyalı rəqibi Simone Vincenzonu məğlub edərək dörddə bir finala yüksəlib. Dörddəbir finalda Dünya Kuboku çempionu rus Abasqadji Maqomedova məğlub olub. Əmrah Bürünc medal uğrunda bu gün bolqar rəqibi Georgi Valentinov Vangelov ilə qarşılaşacaq.

Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Mustafa Şentop, vitse-prezident Fuat Oktay, Gənclər və İdman naziri Mehmet Muharrəm Kasapoğlu çempionatda uğur qazanan atletlərimizi təbrik ediblər.



Әlaqәli Xәbәrlәr