“Çelsi” vә PSJ klubu yarımfinalda

İngiltərənin “Çelsi” vә Fransanın “PSJ” klubu futbol üzrə UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

1621183
“Çelsi” vә PSJ klubu yarımfinalda

London təmsilçisi İngiltərə klubları arasında qitənin ən nüfuzlu klub turnirinin yarımfinalına ən çox vəsiqə qazanan komandaya çevrilib.

1/4 finalda “Portu” ilə mübarizə aparan “zadəganlar” səfərdə 2:0 hesablı qələbəyə sevinsələr də, doğma meydanda məğlub olublar - 0:1. Lakin bu, “Çelsi”nin yarımfinala yüksəlməsinə mane olmayıb. Bununla da London klubu tarixində 8-ci dəfə ÇL-in yarımfinalında oynamaq şansı əldə edib.

Paris təmsilçisi “PSJ” isә 1/4 finalda Almaniyanın “Bavariya” klubunu mübarizədən kənarlaşdırıb.

Münhendə rəqibini 3:2 hesabı ilə üstələyən PSJ cavab qarşılaşmasında 0:1 hesabı ilə uduzsa da, səfərdə daha çox qol vurduğu üçün yarımfinala adlayıb. Bununla da Çempionlar Liqasının tarixində ilk dəfə son qalib finalda məğlub etdiyi komandaya pley-offda yenilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, 2020-ci il Çempionlar Liqasının finalında "Bavariya" PSJ-yə minimal hesabla qalib gəlmişdi - 1:0.

 

 



Әlaqәli Xәbәrlәr