Türkiyə milli cüdo komandası 4-cü oldu

Türkiyə Cüdo Federasiyasından verilən məlumata görə

1614305
Türkiyə milli cüdo komandası 4-cü oldu

 

  Türkiyə milli cüdo komandası “Antalya Grand Slam”ı 1 qızıl, gümüş və bürünc medallarla 4-cü oldu.

  Türkiyə Cüdo Federasiyasından verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən Antaliya İdman Salonunda təşkil edilən turnirin üçüncü günündə kişilər üçün 90 kilo çəki dərəcəsində Mixayel Zqank bürünc medal mübarizəsində israilli rəqibi Li Koçmana məğlub oldu və 5-ci oldu.

  Son gün qarşılaşmalarında Türkiyə cüdoçularə Mert Şişmanlar, Sümeyra Aykaç, Ömər Kemal Aydın, Furkan Güner 2-ci mərhələ, Rəcəb Çimen, Camal Ərdoğan, Nasırfur Sayan, Münir Ertuğ, Əhməd Çuhadar və Kübranur Esir 1-ci mərhələ matçlarında rəqiblərinə məğlub oldular.

  Tokio Yaz Olimpiada Oyunlarına bal və kota qazandıran yarışın ikinci günündə kişilər üzrə 81 kilo dərəcəsində Vedat Albayrak qızıl, eyni gün kişilər üzrə 73 kilo dərəcəsində Bayram Kandemir gümüş, birinci gün Gülkader Şentürk qadınlar arasında 48 kilo dərəcəsində bürünc medal əldə etdilər.

  İtaliya və Yaponiya cüdo komandaları iki qızıl və bir gümüş medalla ilk iki sırada yer aldılar. Kanada bir qızıl, bir gümüş və iki bürünclə üçüncülüyü qazandılar. Türkiyə isə bir qızıl, gümüş və bürünc medallarla dördüncü oldu.



Әlaqәli Xәbәrlәr