FİFA: "Türkiyədən möcüzə bir performans!"

Türkiyənin A Milli Komandası zəfərinə daha birini artırdı...

1609766
FİFA: "Türkiyədən möcüzə bir performans!"

 

  Türkiyə 2022 FİFA Dünya Kuboku Seçmələri ikinci matçında Norveç komandasını 3-0 hesabı ilə məğlub etdi.

  Türkiyənin A Milli Komandası zəfərinə daha birini artırdı. Ay-ulduzlular 2022-Dünya Kuboku Seçmələrinin G Qrupunda Hollandiyadan sonra Norveç komandasını uddu.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, vitse-prezident Fuad Oqtay, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop A Milli futbol komandasını Norveç qələbəsi münasibətilə təbrik ediblər.

  FİFA da Türkiyə komandasını təbrik edib, “twitter” hesabından bu sözləri paylaşıb: "Möcüzə bir performans! Türkiyə Norveç komandasını 3-0 hesabı ilə məğlub etərək 2002-ci il müvəffəqiyyətindən də irəli gedib fövqəladə bir səviyyəyə çıxdı və Dünya Kuboku Seçmələrində iki matçını qazandı".

  Xatırladaq ki, Türkiyənin ay-ulduzlu futbol komandası Cənubi Koreya və Yaponiyada təşkil edilən 2002 Dünya Kubokunda əldə etdiyi üçüncülüklə turnir tarixinin ən uğurlu dərəcəsini əldə etmişdi. 



Әlaqәli Xәbәrlәr