Türkiyə Niderlandı məğlub etdi

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin ilk turunun oyunları dünən(24 Mart) keçirilib.

1608281
Türkiyə Niderlandı məğlub etdi

G qrupunda yer alan Türkiyə yığması Niderlandla qarşılaşıb və möhtəşəm qələbə qazanıb. (4-2)

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə milli futbol komandasının oyuncularını uğurları səbəbi ilə təbrik edib.

Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələ İdarəsindən yayılan məlumata görə prezident Ərdoğan oyundan sonra Gənclər və İdman Naziri Mehmet Muharrem Kasapoğluna telefon edərək Milli Futbol Komandasının Texniki Direktoru Şenol Güneş və oyuncularla görüşüb. Milli Futbol Komandanın qələbəsini yüksək qiymətləndirən prezident: “Belə bir dövrdə Milli Komandamızın Niderland kimi güçlü bir komandanı 4-2 hesab ilə məğlub etməsi həqiqətən ölkəmizə və millətimizə xüsusi qürur bəxş etdi. Məşqçi Şenol Güneş başda olmaqla komanda kapitanı Burak Yılmazı və futbolçuları təbrik edirəm”- prezident deyib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və vitse-prezident Fuat Oktay da sosial media hesablarından Türkiyə millisinin qələbəsini təbrik ediblər.

Matçı tribunadan izləyən Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, matçdan sonra mətbuata açıqlamasında qələbəni yüksək qiymətləndirib və komandanı təbrik edib. Millilərimizə Norveç və Latviya matçlarında da uğurlar arzulayıb.

Qrupun digər matçında Erlinq Halandın formasını geyindiyi Norveç yığması səfərdə Cəbəllütariqi darmadağın edib. Latviya isə Monteneqro ilə ev oyununda məğlubiyyətə üzülüb. Belçika millisi Uelslə ev oyunundan inamlı qələbə ilə ayrılıb. Fransa yığması Ukraynanı sınağa çəkib. Tərəflər bu oyunda heç-heçəyə razılaşıblar. Xorvatiya yığması da səfərdə Sloveniyaya minimal hesabla uduzub.

Azərbaycan millisinin Portuqaliya yığması ilə qarşılaşdığı gündə A qrupunun digər matçı Serbiya və İrlandiya yığmaları arasında baş tutub. Beş qolun qeydə alındığı bu matçda meydan sahibləri çətin qələbəyə seviniblər. İlk turun digər oyunları bu gün keçiriləcək.



Әlaqәli Xәbәrlәr