Uyğurlara davranışına görə Çin "Pekin-2022"ni keçirə biləcəkmi?

Ağ Evin mətbuat katibi Cen Psaki deyib ki...

1594579
Uyğurlara davranışına görə Çin "Pekin-2022"ni keçirə biləcəkmi?
Uyğur türkləri.jpg

 

  “Covid-19” pandemiyası 2022-ci ildə Pekində təşkil olunacaq Qış Olimpiya Oyunlarının hazırlıq prosesinə müəyyən təsir göstərib. Səlahiyyətli qurumlar hazırlıqları gecikdirmədən virusun təsirini minimuma endirmək üçün elmi cəhətdən əsaslandırılmış tədbirlər görürlər”. Bunu Çin Xalq Siyasi Məşvərət Şurasının 3-cü illik sessiyasının sözçüsü Quo Veymin martın 3-də keçirdiyi mətbuat konfransında deyib. O, Olimpiya Oyunlarının keçirilməsi üçün nəzərdə tutulan bütün məkanların, qurğuların hazır olduğunu bildirərək söyləyib: “Pekin-2022”nin boykot edilməsinə çağırışlar Olimpiya Xartiyasının ruhuna ziddir. Bu, əbəs yerədir və beynəlxalq ictimaiyyətin dəstəyini ala bilməyəcək. İdman oyunlarının siyasiləşdirilməsi və “Pekin-2022” Qış Olimpiya Oyunlarını sabotaj cəhdləri uğursuzluğa məhkumdur”.

  Qeyd edək ki, ABŞ, Kanada və Norveçdən olan bəzi siyasətçilər, habelə bir neçə qeyri-hökumət təşkilatı Çin hökumətinin Sincan Uyğur Muxtar Bölgəsində etnik uyğurlara qarşı davranışını qınayaraq "Pekin-2022"nin boykot edilməsinə çağırışlar edib. Ağ Evin mətbuat katibi Cen Psaki Vaşinqtonun müvafiq mövzuya dair qərarı barədə suala cavabında deyib ki, prezident Co Bayden ABŞ Olimpiya Komitəsinin məsələ ilə əlaqədar tövsiyəsini gözləyir.



Әlaqәli Xәbәrlәr