Futbol üzrə Avropa Liqasında ilk 1/8 finalçı bəlli olub

“Tottenhem” 1/16 final mərhələsinin cavab görüşündə  “Volfsberger” klubu ilə üz-üzə gəlib.

1590642
Futbol üzrə Avropa Liqasında ilk 1/8 finalçı bəlli olub

London təmsilçisi bu oyunda da darmadağınla qalib gələrək (4:0, qol: D.Alli, 11. K.Vinisius, 50; 83. Q.Beyl, 73) növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdə baş tutan ilk görüşdə də “Tottenhem” böyük hesabla qələbə qazanmışdı.

Qeyd edək ki, bu mərhələnin digər cavab görüşləri fevralın 25-də baş tutacaq.

 



Әlaqәli Xәbәrlәr