20 yaşlı futbolçu Ozan Kabak ilkə imza atıb

UEFA Çempionlar Liqasının 16 turu 1/8 final mərhələsi çərçivəsində keçirilən “Leypsiq” – “Liverpul” matçında qonaqlar 2:0 hesabıyla qalib gəliblər.

1585227
20 yaşlı futbolçu Ozan Kabak ilkə imza atıb

“Liverpul”, “Leypsiq” 2-0 məğlub etdi. Alman komandası “Leypsiq” ilə İngiltərə təmsilçisi Liverpul arasındakı qarşılaşma, iki ölkənin yeni növ koronavirus virusu (Kovid-19) əleyhinə tədbirlər səbəbiylə Macarıstanın Budapeştdəki Puskas Arenasında oynanıb. “Liverpul” matçın 53-cü dəqiqəsində Məhəmməd Salahın və 58-ci dəqiqədə Sadio Manenin qolu ilə sevinib.

Digər tərəfdən Almaniyanın “Leypsiq” klubu ilə səfər matçında start heyətdə meydana çıxan 20 yaşlı futbolçu Ozan Kabak ilkə imza atıb.

Belə ki, Ozan bir İngiltərə klubunun heyətində ÇL matçına çıxan ilk türk futbolçu kimi tarixə düşüb.

Xatırladaq ki, “Liverpul” Ozan Kabakı bu qış Almaniyanın “Şalke” klubundan satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. 2019-cu ildə “Qalatasaray”dan “Şalke”yə transfer olunan gənc müdafiəçinin Bundesliqa klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.



Әlaqәli Xәbәrlәr