Basketbol üzrə ING Super Liqa həyəcanı başlayır

8-ci həfətə ev sahibliyi etdiyi Fənərbaxça Beko komandasına məğlub olan Tofaş, 9-cu həftədə Beşiktaş Sompo Sığorta ilə qarşılaşacaq.

1310696
Basketbol üzrə ING Super Liqa həyəcanı başlayır

ULEB Avropa kubokunda Venesiya qarşısında məğlub olan, super liqada isə oynadığı 8 qarşılaşmanın 6-sında qalibiyyət qazanan Bursa komandası reytinq cədvəlində 4-cü sırada iştirak edir.

Liqaya qeyri-sabit nəticələrlə başlayan Beşiktaş Sompo Sığortası isə (Qara-ağlılar) ötən həftə "Bursaspor" u məğlub edərək imza atdığı 3 qalibiyyətlə 9-cu sırada qərarlaşdı.

Tofaş İdman Salonunda oynanacaq Tofaş-Beşiktaş Sompo Sigorta qarşılaşmasına Türkiyə vaxtıyla 15.15-də start veriləcək. Matç TRT Spor telekanalından canlı yayımlanacaq.

Digər tərəfdən Avropa Liqasında Asvel və Milanonu məğlub edərək üst sırada yerləşən Anadolu Efes, həftənin bağlanış matçında Bahçəşehir Kolleci ilə qarşılayacaq.

Saat 20.00-da başlayacaq “Bahçeşehir Kolleci - Anadolu Efes” matçı, TRT ekranlarında olacaq.

Qeyd edək ki, Efes 8 matçdan 7-də qalib gəlib.



Әlaqәli Xәbәrlәr