‘‘Meta’’ mәtni tәxminәn 100 dilә tәrcümә edәn süni intellekt modelini tәqdim etdi

Sosial media nəhəngi verdiyi məlumatda bu modeli yaratmaqdakı məqsədinin müxtəlif dillərdə danışan insanların bir-biri ilə daha yaxşı ünsiyyət qurmasına kömək etmək olduğunu bildirib.

2036300

Sosial media nəhəngi “Meta” istifadəçilərə ünsiyyət qurmağa imkan verən çoxdilli tərcümə modeli olan SeamlessM4T-ni təqdim etdi.

''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində ''META''nın təqdim etdiyi yeni çoxdilli süni intellekt modeli SeamlessM4T haqqında danışacağıq.

“Meta” mətni və danışığı təqribən 100 dilə tərcümə edən süni intellekti təqdim etdi.

Sosial media nəhəngi verdiyi məlumatda bu modeli yaratmaqdakı məqsədinin müxtəlif dillərdə danışan insanların bir-biri ilə daha yaxşı ünsiyyət qurmasına kömək etmək olduğunu bildirib.

''Meta'' SeamlessM4T süni intellekt modelinin təqdimat mərasimində Duqlas Adams tərəfindən yazılmış və elmi fantastika romanlar seriyasına aid olan ''Qalaktika üzrə avtostopla'' romanındakı balıq olan və qulağa yerləşdirildikdə istənilən dilə tərcümə edən ''Babel Fish''i xatırladıb. Məlumatda bildirilib ki, SeamlessM4T  də 'Babel Fish'' kimi insanlar arasındakı dil problemini aradan qaldırmaq məqsədi daşıyır.

''Babel Fish'' kimi universal tərcümə modelini yaratmaq çətindir, çünki mövcud nitqi mətnə çevirən sistemlər  dünya dillərinin yalnız kiçik bir hissəsini əhatə edir.

Qeyd edək k, Google Translate 2006-cı ildən etibarən maşın tərcüməsi metodundan istifadə edir və GPT-4 kimi böyük dil modelləri  arasında tərcümə etmək qabiliyyəti ilə tanınır.

Sentyabr ayında OpenAI,  nitqi tanıya və dəqiq şəkildə  mətnə ​​çevirə bilən ''Whisper'' adlı açıq mənbəli nitqdən mətnə tərcümə edə bilən ​​modelini təqdim etdi.

SeamlessM4T multimodal mətni daha çox dilə tərcümə edərək bu tendensiyaya əsaslanır.

Etiketlәr: #Meta

Әlaqәli Xәbәrlәr