YUNESKO məktəblərdə smartfonların qadağan edilməsi ilə əlaqədar çağırış edib

Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət qurumu tərəfindən 18 ildir dərc edilən Təhsilin Monitorinqi üzrə Qlobal Hesabatında bu il smartfonlarla bağlı məsələyə diqqət çəkilib.

2021795
YUNESKO məktəblərdə smartfonların qadağan edilməsi ilə əlaqədar çağırış edib

YUNESKO məktəblərdə smartfonların qadağan edilməsi ilə əlaqədar çağırış edib

YUNESKO məktəblərdə smartfonların qadağan edilməsi ilə əlaqədar çağırış edib.

Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət qurumu tərəfindən 18 ildir dərc edilən Təhsilin Monitorinqi üzrə Qlobal Hesabatında bu il smartfonlarla bağlı məsələyə diqqət çəkilib.

Bu günkü proqramımızda YUNESKO-nun bu ilki Təhsilin Monitorinqi üzrə Qlobal  Hesabatında mobil telefonlarla bağlı gündəmə gətirilәn mәsәlәni qiymәtlәndirәcәyik.

Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət qurumu olan YUNESKO-nun dərc etdiyi hesabata görə, mobil telefondan həddindən artıq istifadə təhsilin zəif olması ilə birbaşa əlaqəlidir. Saatlarla açıq qalan ekranın uşaqların emosional sabitliyinə mənfi təsir etdiyinə dair sübutlar var. YUNESKO məktəblərdə smartfonların qadağan edilməsini tövsiyə edir.

Hesabatda vurğulanır ki, rəqəmsal texnologiya həmişə insan mərkəzli təhsil baxışına malik olmalıdır və heç vaxt müəllimlərlə üzbəüz qarşılıqlı əlaqəni əvəz etməməlidir.

YUNESKO-nun baş direktoru Odri Azule deyib: “Rəqəmsal inqilab ölçüyəgəlməz potensiala malikdir, lakin onun təhsildə istifadə üsuluna da oxşar diqqət yetirilməlidir”.

Ölkələrin 14%-də smartfonları qadağan edən siyasət yürüdülür.

YUNESKO-nun qlobal telefon qadağası ilə bağlı təklifi əslində bir çox ölkələrdə qanunla həyata keçirilir. Fransa 2018-ci ildə məktəblərdə smartfonları qadağan edən ilk ölkə oldu. Qvineya 2021-ci ildə də eyni yolu izlədi. Tam və ya qismən qadağalar Latviya, Meksika, Portuqaliya, İspaniya, İsveçrə, ABŞ, Kanada və Şotlandiyada da tətbiq edilib.

Banqladeş fərqli bir yol izləyir. Ölkәdә 2011-ci ildə  müəllimlərə siniflәrdә mobil telefonlarından istifadә etmәlәri qadağan edilmişdi. 2017-ci ildə isә həm tələbələrə, həm də müəllimlərə mobil telefonlarını sinifə gətirmək qadağan edilmişdi.

Tacikistanda təhsil qanununun 25-ci maddəsinə əsasən, ibtidai və orta məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi qadağandır. Özbəkistanda məktəblərə girərkən bütün cihazların söndürülməsi tələb olunur.

Finlandiya və Hollandiyada da 2024-cü ildən etibarәn məktəblərdə smartfonlardan istifadә qadağan edilәcәk.

Smartfonlardan istifadə performansa mənfi təsir göstərir.

PISA (Beynəlxalq Tələbələrin Qiymətləndirilməsi Proqramı) kimi irimiqyaslı və beynəlxalq proqramlar vasitəsilə əldə edilən məlumatlardan istifadə edilən tədqiqatlar göstərir ki, smartfondan həddindən artıq istifadə çox vaxt akademik performansın azalması ilə əlaqələndirilir.

Belçika, İspaniya və İngiltərədə aparılan tədqiqatlar cib telefonlarının məktəblərdə qadağan edilməsinin akademik performansı yaxşılaşdırdığını göstərir.

Türkiyedəki məktəblərdə smartfon qadağasını Müəllimlər Şurası müəyyən edir.

Türkiyedə 2019-cu ildə Rəsmi Qəzetdə dərc olunan qərarla MEB orta təhsil müəssisələrinin nizamnaməsində bir çox maddələr dəyişdirildi. Bunlardan ən çox diqqət çəkəni mobil telefona qoyulan qadağa idi.

Qanuna əsasən, səs və video qeyd etmək qabiliyyətinə malik mobil telefonlar, kameralar, planşetlər, kompüterlər, smart saatlar və bu kimi cihazlar məlumat vasitəsi kimi müəyyən edilir və telefondan tənəffüs zamanı istifadə edib-etməmək qərarı məktəb rəhbərliyinə həvalə edilir.

Dərs saatlarında mobil telefonlardan istifadə edilib-edilməyəcəyini Müəllimlər Şurası müəyyən edir.



Әlaqәli Xәbәrlәr