Türkiyedəki buzlaqlar yox olmaq təhlükəsi ilə üz-üzədir

Bu günkü proqramımızda qlobal istiləşmənin Türkiyedəki buzlaqlara necə təsir etdiyini qiymətləndirəcəyik.

2017376
Türkiyedəki buzlaqlar yox olmaq təhlükəsi ilə üz-üzədir

Türkiyedəki buzlaqlar yox olmaq təhlükəsi ilə üz-üzədir

Türkiyedəki buzlaqlar qlobal istiləşmə səbəbindən yox olmaq təhlükəsi ilə üz-üzədir.

Mütəxəssislər iqlim dəyişikliyi səbəbindən qütb buzlaqlarının əriməsinin qlobal istiləşməni daha da artıracağını və ekstremal hava hadisələrinin quraqlıq və daha çox meşə yanğınlarına səbəb olacağı ilə əlaqədar xəbərdarlıq edir.

Bu günkü proqramımızda qlobal istiləşmənin Türkiyedəki buzlaqlara necə təsir etdiyini qiymətləndirəcəyik.

Günəş şüalarının təxminən 80 faizini əks etdirərək dünyanın həddindən artıq istiləşməsinin qarşısını alan Şimal qütbündəki buzlaqlar 1970-ci illərdən bəri demək olar ki, yarıya qədər azalıb.

İqlim dəyişikliyinə görə yaşanan bu vəziyyət yalnız qütb buzlaqları ilə məhdudlaşmır. Su ehtiyatları baxımından ətraf mühiti qidalandıran dağlardakı  buzlaqlar da əriyir.

İstanbul Texniki Universitetinin (İTU) Avrasiya Yer Elmləri İnstitutunun Yer Elmləri fakültəsinin müəllimi professor Mehmet Akif Sarıkaya bildirib ki, qütb buzlaqları ilə müqayisədə dağ buzlaqları daha kiçikdir.

Hər iki buzlaq növünün iqlim böhranı ilə birlikdə əridiyini xatırladan Sarıkaya deyib: "Bu baxımdan ikisini bir-birindən ayırmaq mümkün deyil. Qütb buzlaqları daha böyük olduğu üçün ərimələri quruda olanlar qədər sürətli deyil. Bizim kimi orta enlik bölgələrində buzlaqların əriməsi daha sürətli olur''.

Sənayeləşmədən sonra artan temperaturun dünyada olduğu kimi Türkiyedə də buzlaqların mövcudluğunu azaltdığını ifadə edən Sarıkaya quru buzlaqlarının əsas su qaynağı olduğunu və bu buzlaqların əriməsinin su ehtiyatlarının azalması mənasına gəldiyini vurğulayıb.

Anadoluda dünyanın digər yerləri ilə müqayisədə çox böyük buzlaqların olmadığını və mövcud buzlaqların əriməsinin ciddi bir təsirinin olmayacağını qeyd edən Sarıkaya sözlərinə belə davam edib:

"Türkiyenin 12 bölgəsində 51 buzlaq zonası var və onların ümumi sahəsi 10 kvadrat kilometrdir. Ağrı dağının zirvəsindəki ən böyük buzlaqımız 1976-cı ildə təxminən 8  kvadrat kilometr idi. Bu gün həmin buzlaq 5 kvadrat kilometrə qədər kiçilib. Bütün buzlaqlarımızda təxminən 30-35 faiz arasında kiçilmə müşahidə olunur. Hakkarinin Çilo dağlarındakı buzlaqlarımız son 100 ildə 50-60 faiz kiçilib. Bizim proyeksiya araşdırmalarımıza görə, istiləşmə bu sürətlə davam edərsə Erciyesdəki buzlaq tamamilə yox olacaq. Dünyadakı temperatur insan fəaliyyəti ilə birləşərək buzlaqların əriməsini sürətləndirir. Buna misal olaraq Çilo dağındakı vəziyyəti gətirə bilərik. Hava temperaturuna insan fəaliyyəti də əlavə olunur və buzlaqların əriməsi sürətlənir. Bu da su ehtiyatlarına mənfi təsir göstərir”.

Boğaziçi Universitetinin İqlim Dəyişikliyi və Araşdırma Mərkəzinin idarə heyətinin üzvü professor Murat Türkeş bildirib ki, Türkiyedəki dağ buzlaqları və Ağrıdakı buzlaqlar son 50 ildə sürətlə əriyir, geri çəkilir və sahəsi daralır.

Murat Türkes sözlərinə belə davam edib: "Belə davam edərsə, qarşıdakı 50 ildə bütün dağ və dərə buzlaqlarının əriyəcəyi proqnozlaşdırılır. Bu, Türkiye üçün də belədir. Aparılan araşdırmalar  Türkiyenin müxtəlif yerlərindəki dağlar üzərində öz mövcudluğunu davam etdirən buzlaqların və vadi buzlaqlarının sürətlə əridiyini göstərir''.

Buzlaqların davamlı qar örtüyü ilə birlikdə olduğunu və ətrafındakı coğrafiyanı, ekosistemləri, su qaynaqlarını və həyatı qidalandıran əhəmiyyətli su qaynaqları olduğuna diqqət çəkən Murat Türkeş deyib: "Kifayət qədər qar varsa, ərimə-qida balansı uyğun olarsa, sikl davam edir. Amma artıq bu tarazlıq pozuldu, çünki qlobal istiləşmə səbəbindən buzlaqlar sürətlə əriyir, qar yagışı get-gede azalir, qar yağsa da tez əriyir, daimi olmur''.

Dağdakı buzlaqlarının azalması ilə ətrafdakı ekosistemlərdə yaratdıqları xüsusi iqlimin və qidalandırdığı bütün coğrafiyanın kifayət qədər su ehtiyatına sahib ola bilməyəcəyinə diqqət çəkən  Murat Türkeş deyib:

"Xüsusilə Himalay və And dağlarında yaşanan ani qar və buzların əriməsi vaxtaşırı  daşqınlara, çayların öz məcrasından çıxmasına və torpaq sürüşmələrinə səbəb olur.Yeri gəlmişkən qeyd etməliyik ki, buzlaqlar əridikdə dağlıq ərazilər daha çox eroziyaya məruz qalır. Beləliklə, yer qabığındakı izostatik adlandırdığımız tarazlıq yavaş da olsa pozulur. Bunlar qlobal miqyasda izlənən ən təsirli əlamətlərdir.  Buzlaqlar zaman keçdikcə tamamilə yox olarsa, bu, su ehtiyatlarının azalması, alp çəmənliklərinin quruması, orada yaşayış şəraitinin pisləşməsi və əsrlər boyu heyvanlarını otarıb heyvandarlıqla məşğul olan köçərilərin mənfi təsirlənəcəyi mənasına gəlir''. 


Etiketlәr: #buzlaqlar , #Türkiye

Әlaqәli Xәbәrlәr