XXI әsrin epidemiyası: rәqәmsal demensiya

Son dövrdə unutqanlıq gənclər arasında sürətlə yayılır. Alman nevroloqu bu vəziyyəti rəqəmsal demensiya adlandırır.

2001623
XXI әsrin epidemiyası: rәqәmsal demensiya

XXI әsrin epidemiyası: rәqәmsal demensiya

Son dövrdə unutqanlıq gənclər arasında sürətlə yayılır. Alman nevroloqu bu vəziyyəti rəqəmsal demensiya adlandırır.

Bu günkü proqramımızda rəqəmsal demensiya xəstəliyi haqqında danışacağıq.

Son illərdə rəqəmsal dünyanın ələ keçirdiyi bir sistemdə yaşayırıq və bir çox gündəlik işlərimizi həyata keçirmək üçün texnologiyadan istifadə edirik.

Bu vəziyyət bir sıra narahatedici halların yaşanmasına səbəb olur. Vaxtaşırı elektron cihazların idrak qabiliyyətlərimizi pozub-pozmadığını düşünürük.

Rəqəmsal demensiya bu əsrin diqqətdən kənarda qalan epidemiyasıdır.

Üsküdar Universitetinin nevroloqu Cəlal Şalçini rəqəmsal demensiyanı günümüzün pandemiyası adlandırıb.

Xüsusilə COVID-19 pandemiyasının bizi evə həbs etdiyini və texnologiya ilə əlaqəmizin artmasına səbəb olduğunu vurğulayan Şalçini deyib: “Dəyişən dünyada distant təhsil və onlayn iş imkanları artıb. Bundan əlavə, son vaxtlar süni intellektin inkişaf etməsi texnologiyadan asılılığımızı artırır və rəqəmsal demensiya epidemiyasının təsirlərini sürətləndirir. Rəqəmsal demensiya bu əsrin diqqətdən kənarda qalan epidemiyasıdır və gələcək nəsillərimizə təsir edir”.

Salçini deyib:"Bu gün hamımız rəqəmsal demensiya vəziyyətindəyik. Demensiya spektrindəki xəstəliklər, xüsusən də Alzheimer xəstəliyi yaşla artsa da, rəqəmsal demensiya uşaqlara belə təsir edə bilər. Gənc yaşda elektron cihazlardan həddən artıq istifadə həkimlər və psixoloqlar üçün artan narahatlıqdır. Sosial təcrid, hərəkətsizlik, qəzəb, qısamüddətli yaddaş itkisi, inkişaf geriliyi rəqəmsal demensiyanın bəzi əlamətlərindəndir”. 

Bu gün məktəblərdə belə texnologiyadan istifadənin qaçınılmaz olaraq artdığını qeyd edən Celal Şalçini deyib: “Gələcək nəsillərə texnologiyadan ağıllı şəkildə istifadə etməyi öyrətmək lazımdır. Tədqiqatlar göstərir ki, qəzet və jurnalların oxunması oxuduğumuzu anlamağımıza kömək edir''.

Beyni aktiv və sağlam saxlamaq üçün idmanla məşğul olmaq son dərəcə vacibdir. Şalçini deyib: “Açıq havada idmanla məşğul olmaq problemin həll edilməsinə imkan verir. Uşaqlar düşünməyə və problem həll etməyə imkan verən şahmat kimi oyunlar oynamalıdır''.



Әlaqәli Xәbәrlәr