ChatGPT tәtbiqinin riskləri

Bu günkü proqramımızda ChatGPT tətbiqi haqqında danışacağıq.

1985234
ChatGPT tәtbiqinin riskləri

ChatGPT tәtbiqinin riskləri

Süni intellektlə dəstəklənən ChatGPT son zamanların ən diqqətçəkən tətbiqinə çevrilib. Tətbiqin asanlaşdırıcı tərəfi olsa da, ekspertlər onun müəyyən riskləri olduğu qənaətindədirlər. Beləliklə, tətbiq hansı riskləri ehtiva edir?

Bu günkü proqramımızda ChatGPT tətbiqi haqqında danışacağıq.

İlon Mask da daxil olmaqla, mindən çox mütəxəssisin imzaladığı süni intellektə (AI-Artificial Intelligence) qarşı məktubda süni intellekt modellərinin hazırlanmasında yarışın riskləri barədə xəbərdarlıq edilir və fəaliyyətlərin 6 ay müddətinə dayandırılması tələb olunur.

Dialoq şəklində qarşılıqlı əlaqə quran bir dil modelinə sahib olan ChatGPT, son zamanların ən çox müzakirə edilən süni intellekt tətbiqidir. Tətbiq hər suala cavab verir, lakin verdiyi cavablar bəzən şübhə doğurur.

Hazırkı versiyasında 175 milyard məlumat siyahısına malik olan proqram suallara mənalı cavablar vermək üçün milyardlarla məlumatı skan edir.

Tətbiqin asanlaşdırıcı tərəfinin olması istifadəçilərin məmnuniyyətini artırır, lakin bütün cavablar doğru deyil.

Mütəxəssislər tətbiqin müəyyən risklər daşıdığı qənaətindədirlər. Rəqəmsal media mütəxəssisi Oğuzhan Saruhan chatbotun bəzən istifadəçiləri yanlış məlumatlara sürükləyə biləcəyinə diqqət çəkir.

Həmin məlumat dəstində qeyri-dəqiq və manipulyasiya edilmiş məlumatların ola biləcəyini vurğulayan Saruhan deyib: "Bu məlumat dəstində irqçilik, faşizm və ya fərqli pis hisslərlə bağlı məlumatlar ola bilər və bunu sizə aşılıya bilər".

ChatGPT həm də peşələri təhdid etmək potensialına malikdir. Mütəxəssislər araşdırmaların bunu göstərdiyinə işarə edərək xəbərdarlıq edirlər.

Saruhan deyib:"Bu gün aparılan bir araşdırmaya görə, mövcud versiyaları ilə min peşə arxa planda qala bilər."

Ekspertlər bu qənaətdədirlər ki, gələcəkdə daha çox müzakirə olunacaq mövzulardan biri də müəllif hüquqları olacaq. Çünki istehsal olunan məzmunun toplanmış məlumatlarla ortaya çıxması sahibinin kim olduğu sualını doğurur.

Tətbiqdən razı qalanlar da var, bunun böyük risklər daşıdığını iddia edənlər də. Çin və İtaliya ChatGPT-ni qadağan edib. ''Twitter''in baş direktoru İlon Mask və bəzi süni intellekt mütəxəssisləri də proqramın istifadəsini dayandırmağa çağırıblar.



Әlaqәli Xәbәrlәr