Sosial medianın faydaları və zərərləri

Bu günkü proqramımızda sosial medianın faydaları və zərərlərindən bəhs edəcəyik.

1917210
Sosial medianın faydaları və zərərləri

Hәyatın maraqlı anları_15_2022

Texnologiya günü-gündən inkişaf edir və bu, dövrümüzdə hər yaş qrupunda olan insanların marağını cəlb etməyi bacaran, bəlkə də, ən əhatəli konsepsiyadır.

Son illərdə həyatımızı texnologiyasız təsəvvür etmək qeyri-mümkündür. Həyatımızın bir çox sahəsində iş görə bilmək üçün internetdən istifadə edirik.

Psixofarmakologiya Dərnəyinin sədri Kamal Sayar xüsusilə epidemiyadan sonra sosial media və oyun asılılığının artdığını ifadə edərək, sosial medianın tənhalığı artırdığını və bunun depressiyaya səbəb ola biləcəyini söylədi.

Bu günkü proqramımızda sosial medianın faydaları və zərərlərindən bəhs edəcəyik.

Professor Kamal Sayar genetikasında psixoloji xəstəlikləri olan insanların depressiya riski altında olduğunu bildirib.

Sayar sosial media asılılığının depressiyaya səbəb ola biləcəyini də qeyd edib.

Sayar deyib:"Sosial media insanların tənhalığını daha da artırır.  Sosial media narsissizmi artırır. Hamımız bəyənilmək, alqışlanmaq istəyirik. Daha çox bəyənmə əldə etmək üçün sosial mediada daha çox vaxt keçiririk. Bu səbəbdən də  insanlardan uzaqlaşırıq və depressiyaya düşürük. Sosial media asılılığının depressiyaya səbəb olduğu ilə bağlı məqalələr var''.

Kamal Sayar xüsusilə epidemiyadan sonra sosial media və oyun asılılığı olan insanların sayında artımın müşahidə olunduğunu deyib

Sosial mediadan düzgün istifadə etməyin vacibliyini vurğulayan Sayar deyib: "Ağıllı cihazların oyuncağı olmamalıyıq, onları necə idarə edəcəyimizi bilək. Onlar bizim oyuncaqlarımızdır, nəzarət və iradə bizdə olsun" .

Depressiya və onun müalicəsi

Depressiya ciddi, lakin müalicə oluna bilən tibbi xəstəlikdir. Depressiya özünüzü necə hiss etdiyinizə, necə düşündüyünüzə və hərəkətlərinizə mənfi təsir göstərir.

Depressiyanın müalicəsi məsələsinə toxunan professor Kemal Sayar deyib:"Çox uzun müddətdir ki, depressiyanın müalicəsində sıçrayışla qarşılaşmırıq. İndi bir neçə yeni müalicə metodu  tapılıb.

Sayar təsirli dərman müalicəsi və psixoterapiya üsulları ilə depressiyanın müalicəsində uğurlu nəticələr əldə etdiklərini və bu iki müalicənin kombinasiyasının daha çox effekt verdiyini bildirib.

Depressiyadan əziyyət çəkənlərin xəstəxanalara və psixiatrlara müraciət edə biləcəyini vurğulayan Sayar deyib: "Bu tip pozğunluğu olan insanların 'subliminal təmizləmə kimi dəb tendensiyalarına üz tutmaq yerinə psixoterapiya üsullarına və effektivliyi sübut edilmiş bioloji müalicələrə müraciət etmələri daha faydalı olar’’.



Әlaqәli Xәbәrlәr