Türkiyenin gücü: geotermal enerji

Bu günkü proqramımızın  mövzusu geotermal enerjidir.

1890060
Türkiyenin gücü: geotermal enerji

Hәyatın maraqlı anları_06_2022

Bu günkü proqramımızın  mövzusu geotermal enerjidir.

İstilik bitkilәrin yetişdirilmәsindә әn әhәmiyyәtli faktordan biridir.Bitkilərin inkişafında mühüm rolu olan istiliyi eyni sәviyyәdә tutmaq üçün xüsusilə cənub bölgәlәrindә istixanalardan istifadә olunur. Çünki istixanaların lazımi temperaturu təmin etmək üçün yanacaq və istilik sistemlərinə ehtiyacı var.İstixanaların geotermal enerji vasitәsilә isidilmәsi maliyyә baxımdan sәrfәlidir.

Hava temperaturunun il boyu bitkilərin kök sisteminin inkişafı üçün uyğun olmadığı bölgələrdə belə, geotermal enerji sayəsində istehsal 11 ay davam edir.

Geotermal enerji ilә isidilәn istixananın uğurlu olması üçün geotermal enerji resursları böyük әhәmiyyәt kәsb edir. Türkiye bu baxımdan zəngin ölkədir. Enerji potensialının kənd təsərrüfatına ötürülməsi Türkiyeni geotermal enerji istesalında  uğurlu ölkəyə çevirir.

Türkiye Geotermal Enerjı Dərnəyinin məlumatlarına görə, Türkiye  2022-ci ildәn etibarәn geotermal enerji ilә isidilәn istixana mәsәlәsindә dünyada ilk beş ölkә arasındadır. Hətta geotermal enerji resursları olmayan ölkələr belə geotermal enerji resursların kәşf edilmәsi  və geotermal enerji ilә isidilәn istixanaların yaradılması üçün böyük səylər göstərirlər.

Geotermal enerji ilә isidilәn istixanalarda yetişdirilәn mәhsullara hormon tәtbiq olunmur. Türkiyə geotermal enerji ilә isidilәn istixanalarda yetişdirilәn pomidorları ixrac edir. Bu istixanalarda bibər, xiyar, çiyələk, banan kimi məhsullar da istehsal olunur. Türkiyənin geotermal enerji resursları dünyada 4, Avropada isə 2-ci yerdədir.

Hazırda quraşdırılmış geotermal enerji gücü 2 880 meqavatdır.

Türkiyәnin malik olduğu geotermal enerji resursu ilә 30 min hektar istixana sahəsini isitmәk mümkündür. Hazırda 5 min 293 hektarlıq istixana sahәsi geotermal enerji ilә isidilir. Türkiyədə geotermal enerjinin geniş şəkildə istifadə edildiyi  bildirilir. Türkiyədə geotermal enerji ilə isidilәn istixanalara daha çox Ege, İç Anadolu və Cənub-Şərqi Anadolu bölgəsindә rast gəlmәk mümkündür.

Geotermal enerji ilә isidilәn istixanalarda yetişdirilən məhsulların 92 faizini tərəvəz, 7 faizini meyvə və 1 faizini bəzək bitkiləri təşkil edir.



Әlaqәli Xәbәrlәr