NASA-nın Aya tarixi missiyası

Hәr vaxtınız xeyir olsun hörmәtli dinlәyicilәr. Türkiyәnin sәsi Rәdiosundan hәr kәsi salamlayırıq. Bu günkü proqramımızın mövzusu NASA-nın Aya göndәrәcәyi tarıxı missiyadan bәhs edәcәyik.

1877644
NASA-nın Aya tarixi missiyası

Hәyatın maraqlı anları_05_2022

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Aya tarixi missiyasını planlaşdırılan startını lәğv edib. NASA-dan verilәn mәlumatda missiyanın planlaşdırılan startının mühәrriklә bağlı problemlәr sәbәbindәn lәğv edildiyi bildirilib.

NASA 50 il sonra Artemis adlı kosmik gəmisi ilə Aya addım atmağa hazırlaşır. Yanacaq sızması səbəbindən avqustun 29-da planlaşdırılan startın hәyata keçirilmәdiyi bildirilib. Qeyd etmәliyik ki, NASA-nın Aya tarixi missiyası ilә bağlı hәr detal böyük maraq doğurur. Bunlardan biri dә Artemida layihәsidir.

Aya ilk sәfәr 53 il әvvәl hәyata keçirildi. Bu tarixi sәfәr tarixә Apollon 11 kimi düşdü. NASA-nın son Apollo missiyası isә 1972-ci ildә hәyata keçirilmişdi. Sәyahәt hazırda Artemida adı ilә davam edir.

Bәs NASA bu missiyaları niyә belә adlandırıb?

Artemida kimdir?

Artemida-yunan mifologiyasında ay, ov vә vәhşi tәbiәt ilahәsi, Zevsin Letondan olan qızı, Apollonun ekiz tayı, heyvanların, bitkilәrin vә uşaqların himayәçisidir. Mәlumata görә, o, Mikonos yaxınlığındakı adaların birindә anadan olub. Hәr sivilizasiya Artemidanı fәrqli adlandırıb. Artemida kultu xüsusilә  Aralıq dәnizi hövzәsindә (Mesopotamiya, Suriya, Misir, Girit və digər Aralıq dənizi adaları, Yunanıstan, İtaliya, Qalliya) yaşayan әhali arasında geniş yayılmışdır.

NASA kosmos layihәsinin adını niyә Artemida adlandırıb?

NASA-nın bu layihəsi ilə qadın astronavt ilk dəfə Aya ayaq basacaq. Proqramın adı mifologiyadakı ilahələr arasından seçilib. Artemida yunan mifologiyasında Apollonun əkiz bacısı kimi bilinir. Artemida-yunan mifologiyasında ay, ov vә vәhşi tәbiәt ilahәsi kimi tanınır.

Artemidanın şәrәfinә Efesdә mәşhur mәbәd inşa olunub. Yunan mifologiyasında mühüm yeri olan Artemidaya ithaf edilən bu möhtəşəm məbəd bu gün İzmirin Səlcuq rayonundakı Efes Antik Şəhərində yerləşirdi. Tamamilə mərmərdən tikilmiş məbəd eramızdan əvvəl 550-ci ildə tamamlanıb. Məlumata görə, məbəd Lidiya kralı Kroisosun göstərişi ilə inşa olunub. Uzunluğu 109, eni isə 55 metr olan çox məşhur məbəd dünyanın yeddi möcüzəsindən biri sayılır.



Әlaqәli Xәbәrlәr