Çin insanlı Ay missiyası üçün yeni kosmik gəmisini açıqladı

Çin İnsanlı Kosmos Ekspedisiyaları Agentliyinin (CMSA) verdiyi məlumata görə ...

2107108
Çin insanlı Ay missiyası üçün yeni kosmik gəmisini açıqladı

 

  Çin 2030-cu ildə başlamağı planlaşdırdığı insanlı Ay missiyalarında istifadə edəcəyi yeni kosmik gəmini açıqladı.

  Çin İnsanlı Kosmos Ekspedisiyaları Agentliyinin (CMSA) verdiyi məlumata görə, yeni Ay missiyalarında istifadə ediləcək daşıyıcının adı "Mingcou", eniş aparatının adı isə "Lanyüe"dir.

  Adı Çin dilində "xəyal gəmisi" mənasını verən “Mingcou” taykonavtların Aya və digər kosmik missiyalara aparılması üçün Çinin kosmik proqramının yeni personal daşıyıcısı kimi istifadə olunacaq.

  İki modeldə hazırlanacaq “Mingjou”nun Çinin öz kosmik stansiyasına personal aparan “Shincou” (müqəddəs gəmi) servislərini əvəz etməsi planlaşdırılır.

  Uzunluğu 9, eni 4,5 metr və çəkisi 22 ton olacağı gözlənilən personal servisi üç taykonavt aparaca biləcək.

  Adı Çincə "Ayı qucaqlayan" mənasını verən “Lander Lanyüe” biri Ay modulu, digəri isə alışma modulu olmaqla iki hissədən ibarət şəkildə hazırlanıb.

  Təxminən 26 ton ağırlığında olması gözlənilən eniş aparatının məqsədi eyni anda iki taykonavtı və çəkisi 200 kiloqrama qədər olan kəşfiyyat vasitələrini Ayın səthinə endirməkdir.



Әlaqәli Xәbәrlәr