“Odissey” yarım əsrdən sonra Ayda

NASA-nın sosial media hesabında kosmik gəminin Aya enişi "Sifarişiniz Aya çatdırıldı" və "İntuitive Machines" şirkətinin "Odysseus"in yeni evi oldu"ğu yazılıb

2106543
“Odissey” yarım əsrdən sonra Ayda

 

  Amerika Birləşmiş Ştatları "Odissey" kosmik gəmisi ilə Aya endi.

  ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) internet saytında canlı yayımda “İntuitive Machines” şirkətinin "İM-1" missiyası çərçivəsində “SpaceX” tərəfindən istehsal edilən “Falcon-9” raketi ilə kosmosa göndərilən “Odissey” (Odysseus) Türkiyə vaxtı ilə saat 02.23-də Ayın cənub qütbünə yaxın bir bölgəyə təhlükəsiz eniş etdiyi bildirilib.

  NASA-nın sosial media hesabında kosmik gəminin Aya enişi "Sifarişiniz Aya çatdırıldı" və "İntuitive Machines" şirkətinin "Odysseus"in yeni evi oldu"ğu yazılıb.

  NASA-nın administratoru Bill Nelson canlı yayımda deyib: "Yarım əsrdən artıq müddətdə ilk dəfə olaraq ABŞ Aya qayıtdı. Bu gün NASA-nın kommersiya tərəfdaşlıqlarının gücünü və vədlərini nümayiş etdirən bir gündür".

  Enişdən 15 dəqiqə sonra zəif siqnal göndərməyə başlayan “Odissey” 50 ildən çox müddətdə Ayın səthinə enən ilk özəl şirkət istehsalı kosmik gəmi oldu.

  Enişi ilə “Odissey” 1972-ci ildə "Apollon 17" missiyasından sonra Ayın səthinə yumşaq eniş edən ilk özəl ABŞ kosmik gəmisi kimi tarixə düşdü.

  “Odissey” 2024-cü il fevralın 15-də ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən “SpaceX” tərəfindən istehsal olunan “Falcon 9” raketi ilə kosmosa buraxılıb. 4,3 metr hündürlüyündə olan altı ayaqlı karbon lifli və titan eniş aparatı NASA-nın Artemida Missiyası çərçivəsində istifadə etməyi planlaşdırdığı 6 fərqli təcrübə üçün yük daşıyır.

  NASA bir neçə il ərzində insanları Aya göndərmək planlarının bir hissəsi olaraq Ayda çatdırılmaların kommersiyalaşdırılması səylərinin bir hissəsi olaraq “Odissey”i qurmaq və uçurmaq üçün “İntuitive Machines”ə 118 milyon dollar ödəyib.

 

 



Әlaqәli Xәbәrlәr