“Başda Türkiyənin olmaqla, bütün PUA-lar “Türksat” peykləri ilə idarə olunacaq”, Ə.Uraloğlu

Nazir Uraloğlu açıqlamasında PUA-ların “Türksat” sayəsində təhlükəsiz uçacağını bu sözlərlə yazıb ...

2101295
“Başda Türkiyənin olmaqla, bütün PUA-lar “Türksat” peykləri ilə idarə olunacaq”, Ə.Uraloğlu

 

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu başda Türkiyənin milli pilotsuz uçuş aparatları (PUA) olmaqla, bütün PUA-ların “Türksat” peykləri ilə idarə olunacağını bildirib.

  Nazir Uraloğlu açıqlamasında PUA-ların “Türksat” sayəsində təhlükəsiz uçacağını bu sözlərlə yazıb: “Pilotsuz uçuş aparatlarımızın idarə olunmasına artıq kənardan müdaxilə etmək mümkün olmayacaq.

  Əvvəllər yalnız hərbi və müşahidə məqsədləri üçün istifadə edilən PUA-lar son illər özünə mühəndislik tətbiqləri, elmi araşdırmalar və mülki sahələrdə yer tapmağa başlayıb.

  Türkiyədə istehsal edilən yerli və milli, eləcə də peyk rabitəsi tələb edən bütün PUA-ların idarəsi artıq “Türksat” peykləri vasitəsilə təmin olunacaq.

  PUA əməliyyatlarında peyk rabitəsi oyun dəyişdirici kimi ortaya çıxır. Xüsusilə xaricdə fəaliyyət göstərən PUA-ların idarəsi “Türksat” peykləri ilə daha təhlükəsiz hala gəlib.

  Peyk rabitəsi icazəsiz giriş və ya müdaxilə riskini minimuma endirərək məlumatların ötürülməsi üçün təhlükəsiz və şifrələnmiş kanallar təmin edir.

  “Türksat” peykləri ilə PUA-larımız dünyanın hər yerində təhlükəsiz şəkildə uça biləcək.

  Beşinci nəsil rabitə peyki “Türksat 5B” istifadəyə verildikdən sonra Türkiyənin peyk məlumat həcmi 17 dəfədən çox artıb.

  “Türksat” bölgədə güclü peyk infrastrukturuna sahib operatorlardan biri olub.

  Türksat peyklərinin Avropa, Asiya, Yaxın Şərq və Afrika kimi bölgələrdə “Türksat” peyklərinin pilotsuz uçuş aparatlarının fəaliyyət qabiliyyəti artıb.

  Peyklərimiz fasiləsiz və etibarlı əməliyyat fəaliyyətlərinin səmərəli şəkildə həyata keçirilməsini təmin edir.

  “Türksat” peykləri vasitəsilə geniş tezlik diapazonundan faydalanan PUA-larımız yüksək sürətli məlumat, audio və görüntü ötürmə xüsusiyyətlərinə malikdir”.



Әlaqәli Xәbәrlәr