Türkiyədə ali təhsilli qadın nisbəti

Ali təhsilli qadınların ən çox olduğu sahə tibb və sağlamlıq sektorundadır ...

2100718
Türkiyədə ali təhsilli qadın nisbəti

 

  Türkiyədə 46,4 faizə yüksələn ali təhsilli qadın nisbəti İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) ölkələrində 43 faiz orta göstəricisini keçdi.

  Ali təhsil müəssisələrində təhsil alan 7 milyon 503 min 181 tələbənin 3 milyon 879 min 512 nəfərini qızlar, 3 milyon 623 min 669-unu isə oğlanlar təşkil edir.

  Türkiyə universitetlərində 97 min 291-i kişi, 84 min 207-si qadın olmaqla ümumilikdə 181 min 498 professor-müəllim heyəti var. Belə ki, qadın alimlərin nisbəti 46,4 faizə yüksəlib ki, bu da Türkiyə, Avropa və OECD ölkələrində 43 faiz olan qadın alimlərin orta göstəricisindən yüksəkdir.

  Ali təhsilli qadınların ən çox olduğu sahə tibb və sağlamlıq sektorundadır. Bu sahədə çalışan qadınların sayı kişiləri keçib.



Әlaqәli Xәbәrlәr