Süni intellektlə işləyən ilk kommersiya peyki

Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) xəbərinə görə ...

2097320
Süni intellektlə işləyən ilk kommersiya peyki

 

  Çin süni intellekt texnologiyası ilə işləyən dünyanın ilk kommersiya hiper peykini orbitə göndərdi.

  Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) xəbərinə görə, "Xingshidai-18" (Rongpiao) adlı peyk Tayyüen Peykatma Mərkəzi tərəfindən “Smart Dragon-3” (SD-3) raketi ilə Çinin cənubundakı Quanqdonq əyalətindəki Yangciang sahilindən 4 fevral səhəri yerli vaxtla saat 11.06-da orbitə buraxılıb.

  Raket Misirin “NExSat-1” peykini də orbitə aparıb.

  “Guoxing Aerospace Technology Company” tərəfindən istehsal olunan "Xingshidai-18" peyki Yer orbitinə göndərilərək süni intellektlə işləyən ilk kommersiya peyki sayılır.



Әlaqәli Xәbәrlәr