Prezident Ərdoğan canlı yayımda Alper Gezeravcı ilə danışıb

Türkiyenin ilk astronavtı olan Alper Gezeravcı kosmosdan Prezident Rəcəb Tayyib Ərdoğanla danışıb.

2091894
Prezident Ərdoğan canlı yayımda Alper Gezeravcı ilə danışıb

Alper Gezeravcı Milli Kosmos Proqramının ilk mərhələsi olan “İlk İnsanlı Kosmos Missiyası” çərçivəsində Beynəlxalq Kosmik Stansiyada vəzifəsi zamanı Türkiye ilə ən az 7 dəfə əlaqə saxlayacaq.

Bu çərçivədə ilk əlaqə prezident Rəcəb Tayyib Ərdoğanla oldu.

Türkiyenin ilk astronavtı olan Alper Gezeravcı kosmosdan Prezident Rəcəb Tayyib Ərdoğanla danışıb.

Dövlət başçısı Ərdoğan A.Gezeravcıya uğurlar arzulayıb.

Alper Gezeravcı isə öz növbəsində mövcud vəziyyət və həyata keçirilən təcrübələr barədə dövlət başçısını məlumatlandırıb.

Ərdoğan bildirib ki, bu hadisə ölkədəki yeniyetmə və gənclər üçün də yeni stimul mənbəyi olub: “Bundan sonra, ola bilsin, onlarca övladımız bu sahəyə meyillənəcək. Artıq Türkiye kosmosda fəaliyyət göstərən ölkələrdən biri oldu. Bu istiqamətdə işlərimiz davam edəcək. Bu səyahətlə Türkiye kosmosda fəaliyyətində yeni mərhələnin əsasını qoyub”.

Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb.



Әlaqәli Xәbәrlәr