Türkiyənin ilk astronavtı istiqbalın göylərində

A.Gezeravcı üsrşılsnms mərasimindəki çıxışında deyib ...

2091265
Türkiyənin ilk astronavtı istiqbalın göylərində

 

  Beynəlxalq Kosmik Stansiyada Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu “Axiom-3” (Ax-3) komandasının qarşılanma mərasimi “Axiom Space”də canlı yayımlanıb.

  A.Gezeravcı mərasimdəki çıxışında deyib: “Türkiyə Cümhuriyyətini quran və onu bizə əmanət edən Qazi Mustafa Kamal Atatürkə, silahdaşlarına, bu Vətən uğrunda canından keçən bütün şəhidlərimizə, buraya qədəm başmağımızı təmin edən dövlətimizə və millətimizə minnətdarlığımı bildirirəm. İstiqbal göylərdədir”.

  Qarşılanma mərasimində komandaya Beynəlxalq Astronavt Simvolizm Nişanı təqdim olunub.

  Qeyd edək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı da daxil olmaqla “Ax-3” komandasını Beynəlxalq Kosmik Stansiyadakı “Expedition 70” komandası qarşılayıb. “Ax-3” heyəti təxminən 36 saat davam edən kosmik uçuşdan sonra yanvarın 20-də Türkiyə vaxtı ilə saat 13.42-də beynəlxalq stansiyaya yaxınlaşıb.

  Xatırladaq ki, 1962-ci ilin 11-15 avqust tarixlərində kosmosa gedən çuvaş Andriyan Nikolayev kosmosa uçan üçüncü şəxs (11-15 avqust 1962) və türk əsilli ilk kosmonavtdır.

  Türk əsilli ikinci kosmonavt Azərbaycan SSR vətəndaşı olmuş Musa Kiramanoviç Manarov olub ki, kosmosda 541 gün keçirib. 21 dekabr 1987-ci ildən 21 dekabr 1988-ci ilə qədər “Soyuz TM-4” kosmik gəmisində bort mühəndisi vəzifəsində çalışmış M.K.Manarovun uçuş müddəti 365 gün 22 saat 38 dəqiqə olub. 1990-cı il dekabrın 2-dən 1991-ci il mayın 26-dək o, yenidən bort mühəndisi kimi bu dəfə “Soyuz TM-11” gəmisində uçun. Müddət 175 gün 1 saat 50 dəqiqə olub. Bununla Musa Manarov kosmosda ən uzun müddət qalma rekordu qırıb. Manarov 176 günlük səfəri zamanı Yer kürəsini müşahidə edib və kosmik mühitdə tələb olunan əl ilə təmir işləri aparıb. O, həmçinin 20 saatlıq kosmos gəzintisi həyata keçirib.

  Türk əsilli digər kosmonavt Qazaxıstan türkü Toktar Əbubəkirovdur. O, “Soyuz TM-13”lə SSRİ, Almaniya və Avstriyanın əməkdaşlığı ilə 1991-ci ilin oktyabrında Baykonur Kosmodromundan kosmosa uçub.



Әlaqәli Xәbәrlәr