Erkən yaşlarda yaranan stress ürək xəstəliyi riskini artırır
ABŞ-da aparılan araşdırmalar, gənclik dövründə stress yaşayan şəxslərin ürək sağlamlıq problemləri ilə qarşılaşma riskinin daha yüksək olduğunu ortaya çıxarıb.
ABŞ-da aparılan araşdırmalar, gənclik dövründə stress yaşayan şəxslərin ürək sağlamlıq problemləri ilə qarşılaşma riskinin daha yüksək olduğunu ortaya çıxarıb.
Tədqiqatçılar 13-24 yaş arası 276 nəfəri üzərində araşdırma aparıblar.
İştirakçılar stress səviyyələrinə görə 4 qrupa bölünüblər: “ardıcıl olaraq yüksək stress”, “zamanla azalan stress”, “zamanla artan stress” və “daimi aşağı stress”.
Araşdırmalar nəticəsində alimlər müəyyən ediblər ki, stress səviyyəsi yüksək olan insanlar sonrakı yaşlarda daha çox kökəlirlər, piylənmə riski daha yüksək olur və buna görə də ürək xəstəlikləri riski artır.
Bu insanların yaşlandıqca damar sağlamlığının daha da pisləşdiyi, təzyiqlərinin daha yüksək olduğu da məlum olub.
Araşdırmanın nəticələri "Amerika Ürək Assosiasiyası" jurnalında dərc olunub.
Әlaqәli Xәbәrlәr
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü
Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub