Qəzet “OpenAİ” və “Microsoft”u məhkəməyə verdi

Qəzet iddia edir ki, bu şirkətlər müxbirlərin milyardlarla dollara başa gələn əməyini mənimsəyir, oğurlayır ...

2081825
Qəzet “OpenAİ” və “Microsoft”u məhkəməyə verdi

 

  “New York Times” qəzeti xəbər sənayesi üçün süni intellekt təhlükəsinə qarşı çıxmaq üçün Manhettendə federal məhkəmədə “OpenAİ” və “Microsoft”a qarşı iddia qaldırıb.

  Dekabrın 27-də açılan bu iddia ilə “The New York Times”ın məqsədi bu iki proqram şirkətinin hazırladıqları söhbət botlarını “öyrətmək” üçün qəzetdə çap olunan xəbərlərdən istifadə etmələrini dayandırmaqdır.

  Qəzet iddia edir ki, bu şirkətlər müxbirlərin milyardlarla dollara başa gələn əməyini mənimsəyir, oğurlayır. “OpenAİ” tərəfindən hazırlanmış “ChatGPT” süni intellekt modeli isə “New York Times”ın materiallarını sözbəsöz istifadəçilərə təqdim edir.

  Sözügedən iddia qəzetlə iki şirkət arasında 2023-cü ilin aprel ayında başlayan danışıqlardan bir nəticə əldə edilmədikdən sonra açılıb.

  Qeyd edilir ki, materialları rəqəmsal olaraq köçürən süni intellektin sürətli inkişafı nəşriyyat sənayesini poza bilər.

  Bildirək ki, istifadəçilərin yayım təşkilatlarının internet səhifələrindəki fəaliyyəti “New York Times” kimi qəzetlərin reklam gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir. Bununla belə, Aİ çatbotlarının bu məzmunları da yayması istifadəçiləri xəbərin orijinal mənbəyindən uzaqlaşdırır.



Әlaqәli Xәbәrlәr