“Dünyanın ən yaxşı 3 min universiteti” siyahısında Türkiyə

Dünya üzrə universitetlərin reytinqini tərtib edən 10 səlahiyyətli qurumdan biri olan Orta Doğu Texniki Universiteti (ODTÜ) URAP-ın (University Ranking by Academic Performance) dünya reytinq siyahısı "http://www.urapcenter.org" saytında açıqlanıb

2078444
“Dünyanın ən yaxşı 3 min universiteti” siyahısında Türkiyə

 

  “Dünyanın ən yaxşı 3 min universiteti” siyahısında Türkiyədən 119 universitet yer alıb.

  Dünya üzrə universitetlərin reytinqini tərtib edən 10 səlahiyyətli qurumdan biri olan Orta Doğu Texniki Universiteti (ODTÜ) URAP-ın (University Ranking by Academic Performance) dünya reytinq siyahısı "http://www.urapcenter.org" saytında açıqlanıb.

  Siyahıda Türkiyədən 1001-1500 bandında 20 universitet, 1501-2000 bandında 22 universitet, 2001-2500 bandında 38 universitet və 2501-3000 bandında 30 universitet var.

  554-cü yerlə Hacettepe Universiteti ən yaxşı reytinqə malik universitet sayılıb.

  Hacettepe Universitetindən sonra ən yaxşı reytinqə malik digər 8 universitetin dünya reytinqində yerləri belədir:

·        İstanbul Texniki Universiteti 783,

·        İstanbul Universiteti 799,

·        Ankara Universiteti 800,

·        ODTÜ 868,

·        Koç Universiteti 920,

·        İstanbul Universiteti-Cerrahpaşa 990,

·        Qazi Universiteti 995 və

·        Ege Universiteti 998-ci olub.”

  Reytinqdə Harvard Universiteti əvvəlki illərdə olduğu kimi "Dünyanın ən yaxşı universiteti" olaraq 1-ci, Toronto Universiteti 2-ci, London Universitet Kolleci (University College London) isə 3-cü yerdə qərarlaşıb.



Әlaqәli Xәbәrlәr