Uraloğlu: ""TÜRKSAT 6A" 2024-cü ilin iyun ayında orbitə buraxılacaq"

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyenin yeni peyki "TÜRKSAT 6A"-nın 2024-cü ilin iyun ayında orbitə buraxılacağını bildirib.

2063875

Nazir Uraloğlu paytaxt Ankarada TÜRKSAT Peyk Yer Sistemləri Ehtiyac Mərkəzinin açılışında çıxış edib.

Uraloğlu ilk milli rabitə peyki olan "Türksat 6A"-nın bir çox çətin sınaqları uğurla başa vurduğunu bildirdi:

"Dəyərləndirmələrimiz nəticəsində yer təhvil-təslimi 2024-cü ilin mart ayında baş tutacaq. Bu mərhələdən sonra "SpaceX" ilə əldə edilmiş razılaşmaya uyğun olaraq, "Türksat 6A"-nı iyun ayında orbitə çıxarmağı hədəfləyirik.

Xidmətə başlayanda digər peyklərimiz ilə əhatə olunmayan Cənubi və Şərqi Asiya kimi yeni coğrafiyalara xidmət göstərməklə regiondakı lider mövqeyimizi daha da gücləndirəcəyik”.

Әlaqәli Xәbәrlәr