Süni intellekt açarın səsindən parolları oğurlaya bilirmiş

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu istiqamətdə hakerlər tərəfindən süni intellekt texnologiyalarının öyrədilməsi ciddi təhlükəsizlik zəiflikləri yarada bilər

2026748
Süni intellekt açarın səsindən parolları oğurlaya bilirmiş

 

  Məlum olub ki, süni intellekt açarın səsindən parolları oğurlaya bilir.

  İngiltərnin Durham, Surrey və Royal Hollovay universitetləri tərəfindən aparılan araşdırmada süni intellektin klaviaturadakı düymə səslərini dinləməklə yazılanları 95 faiz dəqiqliklə çatdıra bildiyi müəyyən edilib.

  Tədqiqatçıların 2021-ci ildə kompüterdə düymə vuruşlarından yaranan səsləri tanımaq üçün kodlaşdırdıqları süni intellekt onlayn zəng zamanı və telefon vasitəsilə hər bir düymənin vuruşunu mikrofon vasitəsilə ayırd edə bilib.

  Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu istiqamətdə hakerlər tərəfindən süni intellekt texnologiyalarının öyrədilməsi ciddi təhlükəsizlik zəiflikləri yarada bilər.



Әlaqәli Xәbәrlәr