Kosmik gəmi “Luna-25” Aydan məlumatlar ötürür

Rusiyanın “Luna-25” kosmik gəmisinin Ayın orbitinə daxil olduğu bildirilir.

2025542
Kosmik gəmi “Luna-25” Aydan məlumatlar ötürür

Rusiyanın “Luna-25” kosmik gəmisinin Ayın orbitinə daxil olduğu bildirilir.

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən Aya göndərdiyi ilk kosmik gəmi olan"Luna-25"-in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.

"Luna-25"-in Yerin təbii peyki Ayın orbitinə girdiyinə diqqət çəkilən açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi və kosmik gəmisinin elmi cihazların işə düşdüyü və Yerə ilk məlumatı ötürdüyü qeyd edilib.

“Luna-25” avqustun 11-də Mosk­vadan 5 min 500 kilometr şərqdə yer­ləşən “Vostoçnıy” kosmodromundan “Soyuz 2.1b” raketi ilə Aya buraxılıb. Təxminən, 1 il müddətində “Luna-25” şüaların və elektromaqnit emissiyala­rının Ay səthinə təsirini araşdırmaqla yanaşı, su tapmaq üçün axtarışları da davam etdirəcək. 



Әlaqәli Xәbәrlәr