“Luna-25” kosmik gəmisindəki elmi cihazlar işə düşüb

Rusiyanın Aya su mənbəyi axtarmaq üçün göndərdiyi “Luna-25” kosmik gəmisindəki elmi cihazların işə düşdüyü və ilk məlumatların işləndiyi bildirilib.

2023951

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən bu yana Aya göndərdiyi ilk kosmik gəmisi olan “Luna-25”in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.

Açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib.

Həmçinin kosmik gəmidəki elmi cihazların işə salındığı, əldə edilən ilk məlumatların işləndiyi də bildirilib.

Xatırladaq ki, “Luna-2”5 avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostoçnıy” kosmodromundan "Soyuz 2.1b" raketi ilə buraxılıb. Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirini araşdırmaqla yanaşı, su tapmaq üçün axtarışları da davam etdirəcək.

Әlaqәli Xәbәrlәr