47 ildən sonra Aya Rusiyadan ilk dəfə kosmik gəmi göndərildi

“Roskosmos”un rəhbəri prezidenti Yuri Borisov deyib ...

2023730
47 ildən sonra Aya Rusiyadan ilk dəfə kosmik gəmi göndərildi

 

  Rusiya 1976-cı ildən bəri ilk dəfə Aya kosmik gəmi göndərib.

  Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) paytaxt Moskvadan təxminən 5500 kilometr şərqdə yerləşən "Vostoçnı" kosmodromundan "Luna-25" kosmik gəmisini daşıyan "Soyuz 2.1v" raketini kosmosa göndərib.

  Uğurlu buraxılışdan sonra uçuş orbitinə çıxan “Luna-25”in avqustun 21-də Ayın cənub qütbünə enməsi və təxminən bir il davam edəcək missiyasına başlaması planlaşdırılır.

  Əsas missiyası Ayda su mənbəyi tapmaq olan “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ayın səthinə təsirlərini də araşdıracaq.

  “Roskosmos”un rəhbəri Yuri Borisov deyib: “Luna-25” Aya dinc məqsədlə göndərilib. 2027, 2028 və 2030-cu illərdə də Aya kosmik gəmi göndərməyi planlaşdırırıq. Çinlə də Ayda ortaq layihələr həyata keçirəcəyik. Biz Çindən olan həmkarlarımızla növbəti mərhələyə, yəni insanlı missiyaya və Ay bazasının tikintisinə başlayacağıq”.



Әlaqәli Xәbәrlәr