Çinli hakerlər Qərbi Avropadakı elektron poçtlarını ələ keçirdi

Amerika Birləşmiş Ştatlarında yerləşən “Microsoft” texnologiya şirkəti çinli haker qrupunun Qərbi Avropadakı bəzi dövlət qurumlarının elektron poçtlarını ələ keçirdiyini açıqladı

2010443
Çinli hakerlər Qərbi Avropadakı elektron poçtlarını ələ keçirdi

 

  Amerika Birləşmiş Ştatlarında yerləşən “Microsoft” texnologiya şirkəti çinli haker qrupunun Qərbi Avropadakı bəzi dövlət qurumlarının elektron poçtlarını ələ keçirdiyini açıqlayıb.

  “Microsoft”un verdiyi məlumata görə, “Storm-0558” haker qrupu Qərbi Avropada ictimaiyyət də daxil olmaqla təxminən 25 qurum və şəxsin elektron poçt hesablarını hədəfə alıb. Məlum olub ki, müştərilər “Microsoft”a qeyri-adi e-poçt fəaliyyəti barədə məlumat verdikdən sonra qrupun hesablara girişi təxminən bir ay ərzində aşkarlanmayıb.

  “Microsoft”un təhlükəsizlik üzrə vitse-prezidenti Çarli (Charlie) Bell sözügedən mövzu ilə bağlı deyib: “Qrup məlumat toplamaq üçün e-poçt sistemlərinə daxil olaraq casusluq fəaliyyətlərinə baxıb… Artıq “Storm-0558”in fəaliyyətləri izləniləcək və oxşar hücumlardan qorunmaq üçün araşdırmalar aparılacaq”.



Әlaqәli Xәbәrlәr