2050-ci ilə qədər insan şəkərli diabetdən əziyyət çəkə bilər?

“The Guardian”ın yazdığına görə...

2003756
2050-ci ilə qədər insan şəkərli diabetdən əziyyət çəkə bilər?

 

  2050-ci ildə 1,3 milyard insanın şəkərli diabetdən əziyyət çəkə biləcəyi proqnozlaşdırılır.

  “The Guardian”ın yazdığına görə, yeni araşdırma 2021-ci ildə dünya üzrə 529 milyon insana təsir edən diabetin qlobal miqyasda artacağını və 2050-ci ildə 1,3 milyard adama çatacağını göstərir.

  30 ildən sonra heç bir ölkədə şəkərli diabet hallarının azalmayacağına dair təxminləri ehtiva edən araşdırmada artan piylənmə və səhiyyə xidmətlərindən istifadədə bərabərsizlik səbəbiylə hadisələrin iki dəfə arta biləcəyi yazılır.

  “The Lancet” jurnalında dərc olunan araşdırmanın müəllifləri halların əksəriyyətini təşkil edən 2-ci tip diabetin erkən aşkarlanması ilə qarşısının alına və geri qaytarıla biləcəyinə də diqqət çəkiblər.

  Tədqiqatçılar qeyd ediblər ki, aşağı gəlirli və ya irqçiliyə məruz qalan insanlar insulin dərmanlarını qəbul edə bilmədikləri üçün əzab çəkir və nəticədə ömürləri qısaldır.

  Məlumatlar Birləşmiş Millətlər Təşkilatının (BMT) 2050-ci ildə dünya əhalisinin 9,8 milyarda çatacağı təxminləri ilə nəzərə alındıqda bu, hər 7 nəfərdən 1-nin şəkər xəstəliyinə tutulması deməkdir.

  Qeyd edək ki, 2-ci tip diabeti insulin çatışmazlığı inkişaf edən ən çox yayılmış diabet növüdür.



Әlaqәli Xәbәrlәr