İMECE aprelin 14-də fəzada

Türkiyə Sənaye və Texnologiya Nazirliyindən verilən yazılı məlumata görə...

1974609
İMECE aprelin 14-də fəzada

 

  Türkiyənin ilk yerli və milli yüksək dəqiqlikli təsvir peyki olan İMECE-nin buraxılış əməliyyatı aprelin 14-də olacaq.

  Sənaye və Texnologiya Nazirliyindən verilən yazılı məlumata görə, TÜBİTAK (Türkiyə Elmi və Texniki Araşdırmalar Şurası) UZAY tərəfindən dizayn və inkişaf etdirilmiş İMECE-nin işə salınması üçün geri sayım başlayıb.

  İki gecikmədən sonra İMECE-nin 14 aprel Türkiyə vaxtı ilə saat 09:48-də ABŞ-dakı Vandenberq Kosmik Qüvvələri Bazasından buraxılacaq.

  Açılış mərasimi TÜBİTAK UZAY-ın paytaxt Ankaradakı yer izləmə stansiyasında sənaye və texnologiya naziri Mustafa Varank, Prezident Apararının strategiya və büdcə rəhbəri İbrahim Şenel, Müdafiə Sənayesi rəhbəri İsmayıl Dəmir, Rəqəmsal Çevrilmə Ofisinin rəhbəri Əli Taha Koç və TÜBİTAK prezidenti Həsən Mandalın iştirakı ilə keçiriləcək

  680 kilometr yüksəklikdə Günəşlə sinxronlaşdırılmış orbitdə yerləşəcək İMECE 5 illik dizayn missiyası müddətində hədəfin müəyyən edilməsi, aşkarlanması, təbii fəlakətlər, kənd təsərrüfatı tətbiqləri kimi bir çox sahədə Türkiyəyə xidmət göstərəcək.

  Peyk dünyanın istənilən yerindən görüntülər əldə edə biləcək.



Әlaqәli Xәbәrlәr