“İlk dəfədir ki, tropik meşələrin buna qadir olduğu barədə fikir əldə etdik”, P.Prist

Nəticələri “Nature” jurnalında dərc olunan onillik araşdırma Amazon meşə yanğınlarının törətdiyi çirkləndirici hissəciklərin insan sağlamlığına mənfi təsirlərinin qarşısının alınmasına töhfə verir

1971659
“İlk dəfədir ki, tropik meşələrin buna qadir olduğu barədə fikir əldə etdik”, P.Prist

 

  Yeni bir araşdırmaya görə, Braziliyanın Amazon tropik meşələri çirklənmiş havanı udaraq hər il 15 milyondan çox xəstəlik halının qarşısını alır.

  Nəticələri “Nature” jurnalında dərc olunan onillik araşdırma Amazon meşə yanğınlarının törətdiyi çirkləndirici hissəciklərin insan sağlamlığına mənfi təsirlərinin qarşısının alınmasına töhfə verir.

  Tədqiqat göstərib ki, Amazon meşələri çirkli havanı udmaqla hər il 15 milyondan çox xəstəliyin qarşısını ala bilir.

  Amazon meşələri sayəsində tənəffüs və ürək-damar xəstəliklərinin müalicəsi ilə bağlı sağlıq xərclərinə ildə təxminən 2 milyard dollar qənaət edilər.

  Amazon yerliləri başqaları tərəfindən törədilən yanğınlara qarşı öz torpaqlarını qoruyaraq minlərlə potensial ölümcül xəstəliyin qarşısını ala bilirlər.

  ABŞ mərkəzli “EcoHealth Alliance” araşdırma qrupunun aparıcı müəllifi Paula Prist deyir: "Dünya miqyasında məlumdur ki, meşələr yarpaqlar vasitəsilə yanğından gələn çirkləndiriciləri udur. Lakin biz ilk dəfədir ki, tropik meşələrin bunu etmək qabiliyyətinə malik olduğu barədə fikir əldə etdik. Nəticələr göstərir ki, Amazon tropik meşələrində hər il 26,000 metrik ton hissəcikləri udmaq qabiliyyəti var və qorunan ərazilər bu udulmanın 27 faizini təşkil edir”.



Әlaqәli Xәbәrlәr