“Səs-küy” qan təzyiqini artırır
Nəqliyyat vasitələrinin yaratdığı səslər yollara yaxın məsafələrdə yaşayanlarda qan təzyiqinin artmasına səbəb olur.
İngiltərədəki Leicester Universitetinin tədqiqatçıları səs-küylü yol hərəkəti ilə hipertenziya riskinin artması arasında bir başa əlaqə olduğu fikrinə gəliblər.
Tədqiqatçılar arterial hipertenziyadan əziyyət çəkməyən 40-69 yaş arası 240 mindən çox insanın məlumatlarını təhlil ediblər. Məlum olub ki, yol hərəkəti səs-küyünə məruz qalanlar hipertenziya xəstəliyinə düçar olma riski ilə üz-üzə gələ bilərlər və bu risk bu risk “səs-küyün” nisbətinə görə daha da arta bilər.
Leicester Ətraf Mühitin Sağlamlığı və Davamlılıq Mərkəzindən Samuel Y Cai bildirdi ki, 8 illik izləmə müddətinə əsaslanan elmi araşdırma, uzunmüddətli trafik səs-küyünün hipertenziyaya təsirini birbaşa aşkar edən ilk araşdırma hesab edilir.
Әlaqәli Xәbәrlәr
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü
Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub