Süni intellektlə hazırlanmış “COVID-19” dərmanının klinik sınaqları başlayıb

Süni intellektlə hazırlanmış ilk yeni növ koronavirus (COVID-19) dərmanının insanlar üzərində klinik sınaqlarına başlanılıb.

1953174

Honq-Konqda yerləşən “Insilico Medicine”-dan  bu barədə   məlumat yayılıb.  

Bildirilib ki, ISM3312 terapevtik məhsulunun preklinik tədqiqatlarda viral yükü və ağciyərlərdə iltihabı “əhəmiyyətli dərəcədə azaltdığı”aşkar edilib.

Kanadalı alim Aleks Javoronkov açıqlamasında təsisçisi və top-meneceri olduğu şirkətin tibb sahəsində süni intellektlə işlədiyini bildirib.

Javoronkov İSM3312 terapevtik məhsulunun insanlar üzərində klinik sınaqlarının Çində başlayacağını bildirib.

Әlaqәli Xәbәrlәr