“Omicron”-un alt variantı “Kraken” sürətlə yayılır

Monteneqroda yeni növ koronavirusa (Covid-19) səbəb olan “Omicron”-un alt variantı olan “Kraken” aşkar olunub.

1935659
“Omicron”-un alt variantı “Kraken” sürətlə yayılır

Yeni variant ilə bağlı Monteneqro Xalq Sağlamlığı İnstitutundan açıqlama verilib. Bildirilib ki, Monteneqro “Kraken”in müşahidə olduğu ölkələr arasına daxil olub. Bu səbəbdən vətəndaşlarımızı peyvənd vurulmağa çağırırıq.

Ölkədə ilk “Kraken” hadisəsinin aşkar edildiyinə diqqət çəkilən açıqlamada virusa yoluxan bir nəfərin yaxından izləndiyi bildirilib.

Qeyd edək ki, ABŞ-da sürətlə yayılan “Kraken”-in, İngiltərə, Danimarka, Fransa, Avstriya, Almaniya, İtaliya, İspaniya, İsveç, Belçika, Çexiya, Portuqaliya və İslandiyada da aşkar olunub.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi yanvarın 13-də Omicron-un “Kraken” adlanan XBB.1.5 subvariantının risk səviyyəsinin az olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr