BioNTech şirkəti malyariya peyvəndi üçün sınaqlara başladı

Şirkətin həmtəsisçisi Özlem Tureci bildirib ki...

1923281
BioNTech şirkəti malyariya peyvəndi üçün sınaqlara başladı

 

  "Covid-19" peyvəndi ilə məşhur olan BioNTech şirkəti malyariya peyvəndi üçün klinik sınaqlara başladığını açıqlayıb.

  BNT165b1 peyvəndinin 1-ci mərhələ sınağı ABŞ-da 60-a yaxın sağlam iştirakçını əhatə edəcək. İştirakçılar peyvəndin üç fərqli dozası üzrə sınaqdan keçiriləcək.

  Şirkətin həmtəsisçisi Özlem Tureci məqsədin malyariyanın qarşısını almağa və bununla əlaqədar ölüm hallarını azaltmağa kömək edə biləcək mRNA əsaslı peyvəndin inkişaf etdirilməsi olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr