İşlənmiş qidaların həddindən artıq istehlakı xərçəngə yoluxma riskini artırır

CNN-nin yaydığı məlumata əsasən, Amerika Birləşmiş Ştatları və İtaliyada aparılan araştırmalara әsasәn, həddindən artıq işlənmiş qidaların istehlakı insan sağlamlığı üçün ciddi risklər yaradır.

1876958
İşlənmiş qidaların həddindən artıq istehlakı xərçəngə yoluxma riskini artırır

İşlənmiş qidaların həddindən artıq istehlakı xərçəng və ölüm riskini artırır.

CNN-nin yaydığı məlumata əsasən, Amerika Birləşmiş Ştatları və İtaliyada aparılan araştırmalara әsasәn, həddindən artıq işlənmiş qidaların istehlakı insan sağlamlığı üçün ciddi risklər yaradır.

Mәlumata görә, işlənmiş qidalara hazır şorbalar, souslar, dondurulmuş pizza, hazır yeməklər, sosislər, kolbasa, kartof qızartması, qazlı içkilər, hazır peçenye, tortlar, konfetlər, çöreklər və dondurma daxildir.

Amerika Birlәşmiş Ştatlarda aparılan ilk araşdırma çərçivəsində 28 yaşa qədər 200 mindən çox kişi və qadının istehlak etdikləri yeməklər araşdırılıb.

Məlum olub ki, işlənmiş qidaların həddindən artıq istehlakı nəticəsində yaranan kolon xərçəngi qadınlara nisbətən kişilərdə daha çox müşahidә olunur.

Tufts Universitetinin müttəxəssisi  Fang Fang Zhang qatıq kimi  süd məhsullarının daha çox istehlakının qadınlarda kolon xərçəngi riskini azaltdığını ifadә edib.

Fang Fang Zhang deyib: "Bəzi işlənmiş qidalar, məsələn, tam taxıllı məhsullarla zəngin qida rasionu və şəkəri az olan və ya heç olmayan süd məhsulları istehlak etmək məsləhətdir''.

Qadınların pizza kimi hazır qidaları daha çox istehlak etməsi kolon xərçənginə tutulma riskini artırır.

Araşdırmaya əsasən, işlənmiş qidaların çox istehlak edən uşaqlar daha sürətli kökəlir.

Nyu York Universitetinin professoru Marion Nestle bildirib ki, işlənmiş qidaların piylənmə, xərçəng, ürək-damar xəstəlikləri və ölüm riskini artırdığını ifadə edib.

İtaliyanın Molise bölgəsində 2005-ci ildə başlayan araşdırmada  22 mindən çox adam iştirak edib.

ABŞ və İtaliyada aparılan araşdırmalar Britaniyanın “The British Medical Journal” tibb jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr