İki qardaş ölkə vətəndaşlarının həyatı daha asanlaşdı

Türkiyenin “e-Devlet Kapısı” portalına e-gov.az və paralel olaraq my.gov.az şəxsi kabinetinin inteqrasiyası həyata keçirilir.

1875130
İki qardaş ölkə vətəndaşlarının həyatı daha asanlaşdı

Türkiyenin Samsun şəhərində keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Türkiye Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev arasında görüş keçirilib. Görüş zamanı Dijital Dönüşüm Ofisi ilə Dövlət Agentiyinin Elektron Hökumətin İnkişafı Mərkəzi arasında görülən işlərdən danışılıb.

Əməkdaşlığın ilkin mərhələsində Türkiyenin “e-Devlet Kapısı” portalına e-gov.az və paralel olaraq my.gov.az şəxsi kabinetinin inteqrasiyası həyata keçirilir. Belə ki, hər bir Türkiye vətəndaşı ölkəsini tərk etmədən “e-Devlet Kapısı” (turkiye.gov.tr) üzərindən Azərbaycanda onlar üçün göstərilən elektron xidmətlərə müraciət edə bilər.

Proses həmçinin Azərbaycan vətəndaşları üçün də keçərlidir. Yəni, Azərbaycan vətəndaşları “ASAN Login” üzərindən elektron hökumət portalına daxil olaraq oradan Türkiyenin elektron dövlət xidmətlərinin göstərildiyi “e-Devlet Kapısı” (turkiye.gov.tr) portalına keçid və uyğun xidmətlərə müraciət edə bilərlər.

Dünyada bir ilk olan bu əməkdaşlıq nümunəsinin növbəti mərhələsində isə iki dövlət dövlət qurumlarının elektron sistemlərinin də qarşılıqlı inteqrasiya edilməsi və bir çox xidmətlərin əlaçatan və operativ təmin edilməsi nəzərdə tutulub.



Әlaqәli Xәbәrlәr