Türkiyə sonsuzluq xəstəliyinin müalicəsində ilk sıralarda qərarlaşıb

Türkiyənin sonsuzluq müalicəsində müvəffəqiyyət nisbəti Avropa ölkələrindən daha yüksək seviyyədədir.

1862313
Türkiyə sonsuzluq xəstəliyinin müalicəsində ilk sıralarda qərarlaşıb

Bunu Türkiyə-Alman Ginekologiya Təhsil, Araşdırma və Xidmət Vəqfinin (TAJEV) prezidenti professor Doktor Cihat Ünlü deyib.

Cihat Ünlü qeyd edib ki, sonsuzluq heç bir doğum nəzarət üsulu istifadə etmədən 1 il hamilə qala bilməmək halıdır.

Türkiyənin sonsuzluq müalicəsində ciddi uğurlara imza atdığını ifadə edən Ünlü: “Ölkəmizdə ötən 30 il ərzində köməkçi reproduktiv üsullar və sonsuzluq müalicələrində çatdığı seviyyə bir çox Avropa ölkələrinin üzərindədir. İllər əvvəl əksər xəstələrimizi müalicə məqsədiylə Avropa ölkələrinə göndəririk. Lakin bu gün vəziyyət əksinə çevrilib. Daha ölkəmizdən heç bir sonsuzluq xəstəsi müalicə məqsədli xaricə getmir, əksinə Avropadan,Yaxın Şərqdən,Afrikadan ölkəmizə axışan xəstələr var.



Әlaqәli Xәbәrlәr