"Bayraktar TB2" Litvaya təhvil verilib

"Baykar Teknoloji" şirkəti tərəfindən qrant verilən "Bayraktar TB2" Litvaya çatdırılıb

1852852
"Bayraktar TB2" Litvaya təhvil verilib

"Baykar Teknoloji" şirkəti tərəfindən qrant verilən "Bayraktar TB2" Litvaya çatdırılıb

Litvanın müdafiə naziri Arvydas Anusauskas Ukraynanın Vilnüsdəki səfiri Petro Besta və "Baykar" şirkətinin baş direktoru Haluk "Bayraktar TB2"-nin Şaulyai Hava Bazasında keçirilən təhvil mərasimində iştirak edib.

Haluk Bayraktar kampaniyanın təşkilatçısı olan Laisves TV-yə açıqlamasında "Yüz minlərlə litvalının könüllü olduğu bu kampaniyadan çox təsirləndik. Biz şirkət olaraq nəsə etmək istəyirdik. "Bayraktar TB2"-ni hədiyyə vermək və litvalıların həmrəyliyinə töhfə vermək istədik" deyib.

"Bayraktar" şirkətinin bir çox platformalarda özünü sübut etmiş yüksək texnologiyaya sahib olduğunu bildirən Haluk Bayraktar qürur duyduğunu ifadə edərək, Ukraynaya sülh gətirməsini və ölkənin suverenliyini qorumaq üçün faydalı olmasını arzulayıb.

Səfir Besta da “Bu böyük quşu görəndə minnətdarlıq və heyranlıq hissi keçirirəm” deyib. O, bunun hökumətlər və ya böyük korporasiyalar tərəfindən deyil, sadə insanlar tərəfindən əldə edilməsini "möcüzə" kimi qiymətləndirib.

Litvanın Şaulyai bazasında Ukraynaya getməyi gözləyən Türkiyənin ilk milli və orijinal SİHA (Silahlı Pilotsuz Uçuş Aparatı) "Bayraktar TB2"-nin üzərində "Bayraktarın hədiyyəsidir" yazılıb.

Qeyd edək ki, Litva xalqı Ukrayna üçün "Bayraktar TB2" almaq kampaniyası təşkil etdi və 3 gündə 6 milyon avro toplandı.

"Baykar Teknoloji" şirkəti "Bayraktar TB2"-ni Litvaya pulsuz təqdim edəcəklərini də açıqlayıb.



Әlaqәli Xәbәrlәr