"Hər kəsi bu möhtəşəm “TEKNOFEST” festivalına dəvət edirik", M. Dere

Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Dere hər kəsi bu möhtəşəm “TEKNOFEST” festivalına dəvət etdiklərini söyləyib.

1833310
"Hər kəsi bu möhtəşəm “TEKNOFEST” festivalına dəvət edirik", M. Dere

2018-ci ildə Türkiyədə start verilən “TEKNOFEST” festivalı çox böyük marağa səbəb oldu. Bu gün sözügedən festival ilk dəfə Türkiyə hüdudlarından kənarda – qardaş ölkə Azərbaycanda keçirilir. Dörd gün davam edəcək “TEKNOFEST Azərbaycan”da bir-birindən maraqlı müxtəlif layihələr təqdim ediləcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Dere söyləyib.

O, Milli Müdafiə Nazirliyinə məxsus pavilyon haqqında məlumat verərək deyib: “Biz də Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi olaraq burada təyyalərəmizi, yeni nəsil helikopterlərimizi və bir çox texnikalarımızı nümayiş etdiririk. Hər kəsi bu möhtəşəm festivalda iştirak etməyə dəvət edirik".



Әlaqәli Xәbәrlәr