"Türkiyə-Afrika Media Zirvəsi" start götürüb

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin 25 may Afrika Günü münasibətilə təşkil etdiyi "Türkiyə-Afrika Media Zirvəsi" start götürüb.

1832434
"Türkiyə-Afrika Media Zirvəsi" start götürüb
turkiye-afrika meya.jpg

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin 25 may Afrika Günü münasibətilə təşkil etdiyi "Türkiyə-Afrika Media Zirvəsi" start götürüb.

İstanbulda iki günlük zirvə toplantısının açılış nitqini Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun edib.

Türkiyə ilə afrikalı media mənsubları arasında əməkdaşlıq və koordinasiyanı gücləndirmək, təcrübənin bölüşülməsi və tərəfdaşlıq perspektivinin inkişafı məqsədi daşıyan tədbirdə 45 Afrika ölkəsindən 80 mətbuat nümayəndəsi, o cümlədən Afrika diplomatları, dövlət qurumlarının rəhbərləri, media nümayəndələri, akademiklər, özəl sektor və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. 

Sammitdə yeni növ koronavirus (Covid-19) epidemiyasından sonra jurnalistikanın üzləşdiyi çətinliklər və “rəqəmsal mühasirə” kimi çağırışlarla yanaşı, media sektorunda gender bərabərliyi mövzusunda sessiyalar keçiriləcək. Türk və afrikalı jurnalistlərin də qlobal medianın Afrika perspektivini müzakirə edəcəyi proqramda beynəlxalq nizamla bağlı qiymətləndirmələr paylaşılacaq.

Afrikaya sərmayə qoyan türk şirkətləri və qitənin insan kapitalına töhfə verən qurum və təşkilatların nümayəndələrinin təqdimatlarından sonra sammit xüsusi sessiyalarla yekunlaşacaq. Sözügedən proqramın Afrika mediasında Türkiyə haqqında məlumatlılığı artırması və Türkiyənin Afrika ölkələri ilə media və kommunikasiya sahəsində əməkdaşlığını gücləndirməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr