AzTV-nin bir qrup əməkdaşı TRT-də təcrübə keçəcək
AzTV-nin TRT-yə səfər edəcək 6 əməkdaşı və 5 meneceri sözügedən təlim proqramı sayəsində qurumun təcrübələrindən yararlanmaq imkanı qazanacaqlar.
Azərbaycanın AzTV kanalının bir qrup əməkdaşı 23 may- 03 iyun 2022-ci il tarixlərində TRT-nin Təlim və Araşdırma Departamenti tərəfindən həyata keçirilən “Qabaqcıl Multimedia Texnikasına dair yerində təlim” proqramı çərçivəsində təşkil olunan təlimlərdə iştirak edəcəklər.
AzTV-nin TRT-yə səfər edəcək 6 əməkdaşı və 5 meneceri sözügedən təlim proqramı sayəsində qurumun təcrübələrindən yararlanmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, TRT-ninTəlim və Araşdırma Departamenti tərəfindən ilk belə təlim 06-20 Mart 2022-ci il tarixlərində AzTV kanalında təşkil olunub. Müxbir və redaktorlar, rejissorlar, operator və prodüserlərin cəlb olunduğu tədris prosesi TRT-nin aparıcı mütəxəssisləri tərəfindən aparılıb. AzTV əməkdaşlarının TRT-yə səfəri bu təlimlərin davamlılığını təmin etmək, həmçinin səmərəliliyini artırmaq məqsədini daşıyır.
Әlaqәli Xәbәrlәr
Zərif fiziki təmas və depressiya
Almaniya və Hollandiya tədqiqatçıları bununla bağlı xüsusi araşdırma aparıblar