Milli helikopter 2023-cü ildə pilotlu uçuş sınaqlarına başlayacaq
Türk Aerokosmik Sənayesi İdarə Heyətinin sədri və baş direktoru Professor Doktor Mahmut Faruk Akşit, Eskişehirdə ilk yerli kommunal vertolyot olan Gökbey ilə bağlı mətbuata açıqlama verib.
Faruk Akşit bildirib ki, yerli kommunal vertolyot Gökbey-in gücünü artıracaq TEI-TS1400 mühərrik, Türk Aerokosmik Sənayesi yanında motor sənayesi şirkətindəki (TEI) türk mühəndis və texniki işçilərin məhsuludur. TEI-TS1400-ün müxtəlif sınaqlardan keçdiyini ifadə edən Akşit: “Önümüzdəki günlərdə daha yüksək və daha tələbkar güc dəyərlərində sınaqlar həyata keçirəcəyik. Sınaqlardan sonra Mülki Aviasiya Baş İdarəsinin pilotlu uçuşlar üçün icazəsini gözləyəcəyik. Həmin mərhələyə çatdıqda isə pilotlu sınaq uçuşu baş tutacaq”. Akşit 2023-cü ilin sonuna qədər milli helikopter ilə pilotlu uçuşa nail olmağı hədəflədiklərini sözlərinə əlavə edib.
Әlaqәli Xәbәrlәr
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü
Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub