"ATAK" helikopterinin ilk ixracı Filippinə reallaşdı

Türkiyə Silahlı Qüvvələrinin hücum helikopteri ehtiyacları üçün hazırlanan "ATAK" helikopterinin ölkə xaricinə ilk təhvil-təslim mərasimi Filippinə reallaşdı.

1808004
"ATAK" helikopterinin ilk ixracı Filippinə reallaşdı

Türkiyə Silahlı Qüvvələrinin hücum helikopteri ehtiyacları üçün hazırlanan "ATAK" helikopterinin ölkə xaricinə ilk təhvil-təslim mərasimi Filippinə reallaşdı.

Filippinin paytaxtı Manilada təhvil-təslim mərasiminə qatılan Türkiyə Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri İsmail Dəmir iki dost ölkə üçün belə bir tarixi anın şahidi olmaqdan xoşbəxt olduğunu dilə gətirib.

İki ölkə arasında imzalanmış Müdafiə Sənayesi üzrə Əməkdaşlıq Anlaşma Memorandumu ilə bu sahədə əməkdaşlığın dövlətlərarası səviyyəyə yüksəldiyini vurğulayan İsmail Dəmir deyib:

"Biz dostluq və ortaq maraqlar əsasında müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək üçün çərçivə yaratmışıq. Bu məqsədin səmərəli şəkildə həyata keçirilməsi üçün Müdafiə Sənayesi üzrə Birgə İşçi Qrupunun ilk iclasının Türkiyədə və ya Manilada keçirilməsini təklif edirəm". 

Filippinin müdafiə naziri Delfin Lorenzana da ATAK" helikopterinin ölkəsinin terrorla mübarizəyə dəstək verəcəyini bildirib.

"Filippin Hərbi Hava Qüvvələrinin arzusunun gerçəkləşməsinə çox şadam, lakin evimizi tam təchiz etmək üçün hələ çox yolumuz var",-deyə nazir vurğulayıb.



Әlaqәli Xәbәrlәr