ÜST: Afrikada "mRNA" texnologiyası ilə peyvəndlər istehsal edən mərkəzlər qurulacaq

ÜST Afrikada yeni növ koronavirusa (Covid-19) qarşı peyvənd çatışmazlığını aradan qaldırmaq üçün bəzi qitə ölkələrində "mRNA" texnologiyası ilə peyvəndlər istehsal edən mərkəzin yaradılacağını açıqlayıb.

1781089
ÜST: Afrikada "mRNA" texnologiyası ilə peyvəndlər istehsal edən mərkəzlər qurulacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada yeni növ koronavirusa (Covid-19) qarşı peyvənd çatışmazlığını aradan qaldırmaq üçün bəzi qitə ölkələrində "mRNA" texnologiyası ilə peyvəndlər istehsal edən mərkəzin yaradılacağını açıqlayıb.

Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) və Afrika Birliyi Liderlər Zirvəsinə qatılan ÜST-nin baş direktoru Doktor Tedros Adhanom Qebreyesus peyvənd istehsalı üçün texnoloji yardım alan ilk ölkələrin Misir, Keniya, Nigeriya, Seneqal, Cənubi Afrika və Tunis olduğunu bildirib....

Bu ölkələrdəki "mRNA" peyvənd mərkəzlərinin ilk növbədə qitədəki "Covid-19" fövqəladə vəziyyətini düzəltmək üçün peyvənd istehsal edəcəyini söyləyən Qebreyesus peyvənd mərkəzlərinin qlobal Covid-19 peyvəndi bərabərsizliyinin qarşısının alınmasına töhfə verəcəyini vurğulayıb.

Qebreyesus ÜST və tərəfdaşlarının vaksin istehsalına ən qısa zamanda başlamaq üçün yol xəritəsi hazırlayacağını qeyd edib və texnoloji yardımın gedəcəyi ölkələrdə lazımi təlim və dəstəyi verəcəklərini bildirib.

Peyvənd mərkəzinin qurulacağı ölkələrdən biri olan Cənubi Afrika prezidenti Cyril Ramaphosa, "Bu təşəbbüs bizim öz peyvəndlərimizi istehsal etmək üçün çox vacibdir" deyib.

"Covid-19" epidemiyası əleyhinə ilk "mRNA" peyvəndini istehsal edən "Pfizer" və "BioNTech" firmaları da dünən Afrikada "mRNA" əsaslı peyvəndlərin istehsalı üçün daşıma qablarından hazırlanmış peyvənd fabriki hazırladıqlarını açıqlamışdı.

Bildirilib ki, alman şirkəti bu ilin ikinci yarısında Seneqala və Ruandaya ilk konteyner fabriki modulunu çatdıracaq.

ÜST Afrika qitəsində əhalinin yalnız 8 faizinin peyvənd olunduğunu bəyan edib və beynəlxalq ictimaiyyəti qlobal peyvənd bərabərsizliyini aradan qaldırmaq üçün tədbirlər görməyə çağırıb.



Әlaqәli Xәbәrlәr